BolgeXeber.Com » BÖLGƏ TV » Siyasi gündəmdə şok yaradacaq telefon danışığı -Audio

Siyasi gündəmdə şok yaradacaq telefon danışığı -Audio

24-09-2013, 17:05
Oxunub: 5 366 Rəsul Quliyev müxalifətin aksiyasını “multfilm” adlandırır. Rusiya saytlarnın birində yerləşdirilmiş bu auidioyazını saytımıza sosial şəbəkədəki dostlardan biri göndərib. Bu auidoyazının yayılması seçkilərə 15 gün qaldığı bir vaxtda siyasi gündəmdə zəlzələ yarada bilər. Çox güman ki, bu audioyazı başqa KİV-lərə də ötürülüb. Belə olan halda biz bu olmuş-bitmiş, gün kimi açıq-aydın faktı gizlətməklə nə əldə edə bilərik?

Audioyazının yerləşdirildiyi saytın fotosunu da bizə təqdim ediblər. O fotonu da aşağıda təqdim etmişik.

Aidioyazı ACP lideri Rəsul Quliyevlə ACP sədri Sülhəddin Əkbərin arasında, müxalifətin 22 sentyabr mitinqində baş tutan telefon danışıığını əks etdirir. Səsindən içkili olduğu açıq-aydın bilinən Quliyev müxalifət liderlərinin ünvanına aşağılayıcı, təhqiramiz ifadələr işlədir, Sülhəddin Əkbər isə sözlərini ölçüb-biçərək danışmağa çalışır.

Bu auidoyazı Rəsul Quliyevin Milli Şuraya, onun prezidentliyə namizədi Cəmil Həsənliyə gerçək münasibətini ortaya qoyur.

Əlavə şərhə gərək yoxdur. Səs yazısını aşağıdakı linkdən özünüz dinləyib, nəticə çıxarın.