BolgeXeber.Com » BÖLGƏ TV » Cəlilabadda oğlan zorlandı (VİDEO)

Cəlilabadda oğlan zorlandı (VİDEO)

1-10-2013, 14:55
Oxunub: 6 520 Rayonda bir neçə şəxs iki il imiş ki, o zaman hələ 16 yaşı olan gənclə davamlı intim münasibətdə olublar

Hadisə Cəlilabad rayon Təzəkənd kəndində yaşayan Nuraliyevlər ailəsinin 18 yaşlı oğlan övladı Cavid Nuralıyev həmkəndliləri tərəfindən cinsi təcavüzə məruz qaldığı bildirilir. ANS PRESS-inməlumatına görə, mövcud fakt isə iki il əvvəl baş verib.18 yaşlı gəncin valideyinləri iddia edirlər ki, onlarla qonşuluqda yaşayan 33 yaşlı Xəyal Hacıyev Cavidi həyətlərindəki ərzaq dükanında zorlayıb və həmin hadisəni mobil telefonunun yaddaşına da köçürüb. Sonradan Xəyal Hacıyev Cavidi telefondakı görüntüləri internetdə yayacağı ilə hədələyərək, onların həyətindəki dükandan gizlincə xeyli sayda telefon danışıq kartları və pul alıb. Bu il avqustun 9 -da Cavidin qarşı tərəfin telefonunda olan intim görüntülərin yayıldıqdan sonra uşağın valideynləri hadisədən xəbərdar olublar. İntim münasibətlər qalmaqalında adı ilk məlum olan Elbrus Nuralıyev tutduğu əməlini etraf etsə də o, bu işdə tək olmadığını bildirib.

Məlum olub ki, Elbrus Nuralıyev və digər şəxslər iki il imiş ki, o zaman hələ 16 yaşı olan gənclə davamlı intim münasibətdə olublar. Faktın 2 ilə yaxın gizli qalmasına səbəb isə, bu şəxslərin daima Cavidi şantaj edəcəkləri ilə hədələmələri olub. Hadisə ilə bağlı polisə edilmiş müraciət əsasında intim münasibətlərdə adları hallananlardan Elbrus Nuralıyev həbs olunub. İndi ailəni narahat edən isə digər şəxslərin azadlıqda olmasıdır.

Zorlanmış uşağın atası Ağabəy Nuralıyev: “Araşdırma aparıldı, bir nəfər 3-cü şəxs həbs olunub, birinci şəxs Xəyal Hacıyev, bunu zorlayan birinci Xəyal Hacıyev azadlıqdadır, daha o yer qalmayıb ki, getməyim, yenə də mümkün deyil”.

Hadisənin üstü açıldıqdan sonra təcavüzə məruz qalmış gənc isə yaşadığı kəndi tərk edərək paytaxta gedib. Ailə psixoloji travma yaşadığı üçün gəncin öz sağlamlığına xəsarət yetirəcəyindən də narahatdır.

Zorlanmış uşağın anası Şəfiqə Nuralıyeva: “İndi uşaq deyir ki, onsuz da ana mən özümü öldürəcəm, mən uşağın arxasınca haçana kimi dəyəcəm? Mənim balam cəmiyyət içinə çıxa bilmir, mən də anayam, o da yekə oğuldur”.

Polis faktı CM-nin 182.1 -yəni hədə-qorxu yolu ilə pul tələbetmə maddəsi ilə cinayət işini başladıb.

Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Nuralıyev Elburus Bəybala oğlu könüllülük əsasında cinsi əlaqədə olduğu həmkəndlisi Nuralıyev Cavid Ağabəy oğlundan 2011-ci ilin sentyabr ayından 2013-cü ilin sentyabr ayınadək olan müddət ərzində barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, müxtəlif vaxtlarda ondan 400 manat dəyərində telefon danışıq kartları və 300 manat nəğd pulunu ələ keçirmişdi.

Hələki cinayət işi yekunlaşmayıb, araşdırmaların gedişindən asılı olaraq hadisədə adları hallanan digər şəxslərin də istintaqa cəlb edilməsi və cinayət işinə yeni maddəsinin əvəz edilməsi də istisna edilmir.