BolgeXeber.Com » BÖLGƏ TV » Cəmil Həsənlinin debatda 8-ci çıxışı-Video

Cəmil Həsənlinin debatda 8-ci çıxışı-Video

4-10-2013, 10:55
Oxunub: 5 861 Cəmil Həsənli təhqirlərə sərt cavab verdi
Prezidentliyə namizədlərin təşviqat kampaniyası çərçivəsində bu gün İctimai Televiziyada növbəti çıxışlar oldu. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli çıxışına seçicilərlə keçirdiyi və keçirəcəyi görüşlərdən danışmaqla başladı:


"İki gün əvvəl Mincəçevirdə, bu gün Gəncədə çox təntənəli mitinqlərimiz keçdi. Bu mitinqlərdə iştirak edənlərin hamısına təşəkkürümü bildirirəm. Sabah isə Sabirabadda görüşümüz olacaq. Sabirbadadakı stadionda olacaq bu görüş. Kür daşqınlarından ziyan çəkənlər, layiqli kompensasiya almayanlar, bu rejim tərəfindən əzilənlərin hamısını sabahkı mitinqə dəvət edirəm. Ayın 5-də isə həmişəki kimi İnşaatçılar metrosunun yanında saat 4-də seçicilərlə görüşümüz olacaq. Mən bütün gəncləri, ziyalıları, bütövlükdə xalqı həmin mitinqə dəvət edirəm.
Əziz millətim, bu debatlar zamanı artıq neçənci dəfədir ki, siz ekrandan təhqir olunursunuz. Milyonlarla Azərbaycan ailəsi bu ekranın qarşısındadır. Bunların içərisində bacılarımız, gəlinlərimiz var. Və siz hər dəfə bəlkə də mənasını bilmədiyiniz bu sözləri eşitməklə təhqir olunursunuz. Təəssüf edirəm ki, aparıcı da Azərbaycan xalqını təhqir etdiyinə görə bu adamın (Hafiz Hacıyevi nəzərdə tutur – red.) sözünü kəsmir. Mən qəti şəkildə deyirəm, bu mənəviyyatsızlığı, bu ləyaqətsizliyi, bu əxlaqsızlığı Azərbaycan siyasətinə gətirən İlham Əliyevdir. Burada oturanlar xırda istisnalarla, namizəd deyil, İlham Əliyevin vəkilləridir. Heç vaxt Azərbaycan xalqı belə bir adama (Hafiz Hacıyev nəzərdə tutulur – red.) 40 min imza verməz ki, gəlib onun namizədi olsun. Burada oturan millət vəkillərinin böyük əksəriyyəti başqalarının mandatı ilə Milli Məclisdə otururlar. Onlar sizin hüquqlarınızı heç vaxt müdafiə edə bilməzlər. Mən təəssüf edirəm ki, Azərbaycan prezidenti vəkillərinin biri (Hafiz Hacıyev nəzərdə tutulur – red.) vasitəsilə hər dəfə Azərbaycan xalqını təhqir edir. Milyonlarla Azərbaycan ailəsini, qızını gəlinini təhqir edir. Ona görə də İlham Əliyevin bundan sonra bu dövlətə bu millətə rəhbərlik etməyə mənəvi haqqı yoxdur. Prezidentin borcudur ki, öz vətəndaşını müdafiə eləsin, təhqir etdirməsin. Bilirsiniz bu nəyin nəticəsidir? Dünyada iki sülalə dövləti qalıb. Biri Şimali Koreyada Kim İr Senin vərəsələri, biri də Azərbaycanda Əliyevlər sülalələsi. Hər ikisi 40 ildən bir qədər çoxdur ki, hakimiyyətdədir. Dünya dəyişib, öz millətinin iradəsini zorlayan diktatorlar hakimiyyətdən getməlidir. O cümlədən İlham Əliyev də getməlidir, belə təhqirlərə görə onun bu xalqa rəhbərlik etməyə haqqı yoxdur.
Burada mənə deyirlər Qarabağla bağlı neyləmisən. Mən sənin çəkin qədər Qarabağdan Azərbaycan, rus, ingilis dilində məqalələr, kitablar yazmışam. Bəs siz neləyəmisiz, qoyun ortalığa. 20 ildir bu ərazilər işğal olunub, YAP hakimiyyəti olaraq neyləmisiz? Etdiyiniz oğurluq, talançılıq, bu millətin sərvətlərini daşıyıb xaricə aparmaqdır.
Mənə deyirsiniz kağız göstərin. Buyurun, (sənəd göstərir – red.) hörmətli prezidentin 2003-cü ilin yanvar ayının 14-də Vircin adalarında öz adına və ailə üzvlərinin adına açılmış hesabdır. Bankın nömrəsi də var, şirkətin adı da var, pulun məbləği də var. Bəs oğurluq nə təhər olur? Bundan da açıq oğurluq olar? Yeri gəlmişkən, 2003-cü ilin yanvarında İlham Əliyev deputat idi, biznes fəaliyyətilə məşğul ola bilməzdi. Bu hesab prezident olduqdan bir müddət sonra da onun adında qalıb və sonra transfer edib başqa hesablara.
Bu millətə nə gün ağlamısınız? Deyirsən mən Azərbaycan Yazıçılar Birliyinə ərizə verməli idim. Yeri gəlmişkən, Mən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Baxın, mədəniyyət işçiləri, həkimlər, müəllimlər nə gündədir. 48 milyardı oğurlayıb bu ölkədən aparırsınız, həkimə müəllimə nə verirsiniz? Aktyor 120 manat maaş alır. 120 manata adam həyatda öz rolunu oynaya bilməz. Bu pula aktyor necə başqasının rolunu oynamalıdır?! Tez-tez məni Xalq Cəbhəsi və Müsavatla əlaqələndirirsiniz. Məni geniş dairə müdafiə edir. Məni El Hərəkatı, REAL Hərəkatı, Liberallar Partiyası, Açıq Cəmiyyət Partiyası, ziyalılar, eyni zamanda YAP-ın çoxsaylı sıravi üzvləri müdafiə edir. Mənə imza verənlərin sırasında 1500 YAP üzvü var. Bu milləti bu günə salmısız hələ danışmağa diliniz də var. Mən neçə dəfə İlham Əliyevi bura debata çağırmışam. Niyə gəlmir? Bax, iki dəfə ərizə vermişəm ki, deklarasiyanı açıqlasın. Hər bir namizəd qeydə alındıqdan 24 saat sonra Mərkəzi Seçki Komissiyası gəlirlər və mülkiyyət haqqında deklarasiyanı açıqlamalıdır. Bu qanunun tələbidir, niyə açıqlamır? Çünki Əliyev ailəsi bu ölkədən o qədər sərvət aparıb ki, bunu açıqlamağa utanırsınız".