Seçki saxtakarlıqları başladı-VİDEO
9-10-2013, 12:45
Oxunub: 5 705
Seçkilərin başladığı bir neçə saat olmasına baxmayaraq, paytaxtla yanaşı bölgələrdə saxtakarlıqlar edilir. Bu barədə Şəkiyə ezam olunmuş reportyorumuz xəbər verir.
Əməkdaşımızın versiyi məlumata görə, burada artıq karusel əməliyyatı başlayıb. Tədris müəssisələri, idarə və təşkilatlarda seçkilər mərkəzləşdirilmiş qaydada keçirilir. İşçilərə əvvəlcədən məlumat verilib ki, onlar idarə təhsil ocaqlarına gəlib toplu halda seçki məntəqələrinə getsinlər. Səhiyyə işçilərinin hamısı yaşadıqları yerdən asılı olmayaraq, 8 saylı tibb texnikumunda yerləşən məntəqədə səs verir. O cümlədən tələbələrdə. Həmin məntəqədə aşkarlanıb ki, bülletenlər direktorun otağında saxlanılır. Halbuki, bülleten direktorun otağında yox, müşahidəçilərin, komissiya üzvlərinin olduğu otaqda olmalıdır.
Əməkdaşımızın məlumatı: "Şəki şəhər 8 saylı orta məktəbdə karusel əməliyyatı başlayıb. Bu gün qeyri-iş günü olmasına baxmayaraq, müəllimlərin hamısı müəllimlər otağında yığışıb. Səhər saat 8:25, 8:40 arası 6 nəfərin barmağına boya vurulmadı və onlar səsvermə otağına girdi. Kəndlərdən də tələbələr gətirildi. Onların bəziləri səs verdi, bəziləri isə geri qaytarıldı. Bu məntəqədə 4 nəfər seçicilərin barmağını boyamlıdır. Ancaq onlardan biri seçicilərn barmağına boya vurmadan səsverməyə buraxır".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər