Qırmızı Körpüdəki rəzalət - video
1-11-2013, 10:15
Oxunub: 5 625
Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-gömrük məntəqəsində gərginlik yaranıb. Bu barədə musavat.com-a hadisə yerində olan mənbələrdən xəbər verilib. Bildirilir ki, sərhədin hər iki tərəfində yüzlərlə insan toplanıb və qarşı tərəfə keçmək istəyirlər. Ancaq Azərbaycan tərəfinin iradəsi üzündən bu keçidlər baş tutmayıb və bukütləvi narazılığa səbəb olub.
Mənbə xəbər verir ki, narazılıq o qədər şiddətlənib ki, hətta çaxnaşma halları qeydə alınıb.
Onu da qeyd edək ki, bugünlərdə adıçəkilən sərhəd-buraxılış məntəqəsinin rəhbərliyi dəyişdirilib. Aldığımız məlumata görə, məntəqənin yeni rəisi özünü Kənan Nehrəmli adıyla təqdim edən birisidir və ayın 24-dən, rəis təyin edildiyi gündən öz qaydalarını tətbiq etməyə çalışır və narazılıq da bu üzdəndir.
Hadisə yerində olan mənbə xəbər verir ki, Kənan rəis məntəqəyə özüylə bir dəstə qoçu da gətirib və narazılığını bildirənləri, haqqını tələb edənləri döydürür.
Mənbənin bildirdiyinə görə, insidentə səbəb sakinlərin Gürcüstandan gətirdikləri kartofun ölkəyə buraxılmamasıdır. Xırda biznesmenlər, eləcə də sakinlərin cari dolanışıqları üçün ölkəyə kiçik partiyalarla gətirdikləri mallar gömrük sərhədində saxlanılıb. Onlara bildirilib ki, yalnız “KamAZ”la kartof gətirməyə icazə verilir. Özü də bu şərtlə ki, mal öncə Bakıya aparılsın, orada Baş Gömrük İdarəsində sənədləşdirilsin. Yalnız bundan sonra mal yenidən rayon bazarına çıxarıla bilər. Sakinlər də bu əcaib qərara etiraz edirlər.
Sakinlər bunu monopoliya kimi qiymətləndirirlər. Bu yaxınlarda İran öz ölkəsindən kartof ixracına qadağa qoyub. Monopolistlər bu məqamdan istifadə edib kartof idxalını tam şəkildə bir əldə cəmləməyə çalışırlar.Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-gömrük məntəqəsində vəziyyəti əks etdirən videogörünütüləri təqdim edirik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər