BolgeXeber.Com » BÖLGƏ TV » Müstəqilliyə aparan 18 gün (VİDEO)

Müstəqilliyə aparan 18 gün (VİDEO)

17-11-2013, 10:10
Oxunub: 5 440 17 noyabr 70 il azadlığı, kimliyi əlindən alınmış bir millətin sınmış sükutudur. Məhz o gün SSRİ mifi dağılmağa və böyük qardaşın Qarabağ problemini qısa bir zaman kəsiyində həll edəcəyinə olan sadəlövh inam qırılmağa başladı. Tarixin çərxi dəyişdi. Qızıl bayrağı üçrəngli bayraq əvəz etdiyi kimi Lenin, kommunizm sözlərini də azadlıq, müstəqqillik çağırışları əvəzlədi.

Sanki o gün xalqın 200 illik həsrəti, imperiayaya qarşı mübarizə əzmi, müstəqillik arzusu, tarixi yaddaşı dirilmişdi. Əldalətsiliklər, parçalanma, bir millət kimi qürurlarının tapdanması elə bil bir anda yada düşmüşdü. Bu mənada Dirçəliş günü 88-ci il hərəkatının mahiyyətini o qədər dolğun əks etdirir ki, başqa bir söz düşünüb tapa bilmirsən. Millət isə o gün özünü tapmışdı. Özünü dərk etmişdi. Torpaqlarımızı azad etmək, imperiyadan qopmaq, yumruğu bir yerə vurmaq üçün ayayğa qalxmışdı.

Xalq Moskva və respublika rəhbərliyindən erməni azğınlığına son qoymağı, Topxana meşəsi ilə bağlı baş verənlərdə gunahı olanların cəzalandırılmasını, Ermənistandan qovulmuş soydanşlarımızın hüquqlarının bərpasını tələb edirdilər.

Bu tələblə düz 18 gün millət meydanda gecəsini gündüz etdi. Bununla da 70 il xalqın gündüzünü gecə edən imperiyaya meydan oxudu. Meydan hadisələri kimi yadadşımızda qalan o günlər tarixə qızıl hərflərlə yazıldı. İmperiya gördü ki, bir milləti əsrlərlə də əsir saxlamaq olar, amma onun ruhunu, milil kimliyini bir ömür boyu əlindən almaq mümkün deyil.

Bəli o günlərdə meydanına toplaşanları universitet tələbələri, müxtəlif cərəyanları təmisl edən şəxslər kimi qruplara ayırmaq düzgün olmaz. Onlar hamısı ümumi bir ideya ətrafında ətrafında birləşmişdilər.

Sonradan böyük parçalanmalar olacaqdı. Böyük ideyalar xırda ambisiyalara qurban veriləcəkdi. Amma bütün bunlar əlbəttə ki, 17 noyabrın üstündən xətt çəkməyəcəkdi. Çünki, 18 gün davam edən mitinq məhz Azərbaycanın müstəqiliyinə yol açdı. O gün xalq ayaqda idi. Ayaq altında yox.