BolgeXeber.Com » BÖLGƏ TV » İmişli ,Astara,Sabirabad rayon TSEK sədrləri həbs olunacaq?

İmişli ,Astara,Sabirabad rayon TSEK sədrləri həbs olunacaq?

30-11-2013, 13:15
Oxunub: 8 339 Bildiyiniz kimi Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirib.
İclasda nazir müavininə tapşırıq verilib ki, dekabr ayının sonunadək arayış sistemi ləğv olunsun və elektronlaşdırılsın. Daha sonra S.Müslümov Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirib və onlardan iclası tərk etməyi tələb edib. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib.
Bundan başqa Bolgexeber.com-un əldə etdiyi məlumata görə nazir digər işdən azad edilmiş digər TSEK sədrlərindən fərqli olaraq İmişli ,Astara,Sabirabad rayon tibbi-sosial ekspert komissiyalarında yoxlamaların aparılmasına göstəriş verib.Buna səbəb isə adıçəkilən şöbələrdə çoxlu sayda qanun pozuntularının aşkar edilməsidir. Daxil olan məlumata görə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəzəbinə tuş gələn İmişli ,Astara,Sabirabad rayon TSEK sədrlərinin yaxın zamanlarda hətta həbs olunması üçün artıq tədarük görüldüyü bildirilir.Bu səbəbdən məsələ ilə artıq hüquq-mühafizə orqanlarının məşğul olacağı qeyd olunur.
Bolgexeber.com