Şeytanın orda nə işi var? -foto-video
3-12-2013, 17:10
Oxunub: 8 921
Qazaxıstanda təsbit edilən nəhəng pentaqram işarəsi görənləri təəccübləndirir.
Peyk vasitəsilə də aydın görünən iri beşbucaqlı ulduz satanistlərin simvolu kimi tanınır. Buna görə də beşbucaqlı ulduz simvolunu görənlərdə belə sual yaranır: Şeytanın orda nə işi var?
Qazaxıstanın Lisakovsk şəhəri yaxınlarındakı 360 metr diametrlik nəhəng pentagram işarəsi peykdən və “Google earth”də görünür. Bu işarə hər kəsin həm marağına, həm də təəccübünə səbəb olur.
Sözügedən ərazidə demək olar ki, yaşayış yoxdur. Təxminən 2 il əvvəl tapılan gölün kənarında yerə qazınan pentaqramın sirri, ordakı mövcudluğu barədəki söz-söhbətlər davam edir.
Bolgexeber.com xarici mətbuata əsasən həmin beşbucaqlı ulduz haqqındakı araşdırmaları təqim edir:
Qazaxıstanın Tobol Baraj gölünün cənub sahilindəki (Lisakovski qəsəbəsinin 12 mil qərbində) simvolun Satanistlər tərəfindən qazındığına inananlar olduğu kimi, bir rus hərbi bazasından qalma yer ola biləcəyinə inananlar da var.
Hər nə qədər Çin Daoizmi və Bəhai inanclarında, həmçinin, Yunan riyaziyyatçı Pifaqorun davamçıları arasında pentaqram simvolu kainatın birliyi, bərəkət və buna oxşar müsbət mənalar daşısa da, bu işarədən daha çox Şeytanpərəstlər (Satanist) istifadə etdiklərinə görə, beşbucaqlı ulduz şeytan işarəsi kimi tanınır.
“Daily mail” saytında və “Youtube”da yazılan şərhlərə görə, ABŞ-ın Vaşinqton şəhərindəki Sietl ərazisində yaşayan Kurt Yates özünün köhnə rus hərbi pilotu olduğunu bildirib və “Live Science” adlı internet saytına “ora böyük ehtimalla Rusiyanın tərk etdiyi bir kosmik bazasının yeridir”,- deyib.
Kurt Yates açıqlamasına belə davam edib: “Şəklin yerini və Baykonur Kosmik bazasına yaxınlığını nəzərə alaraq deyə bilərəm ki, soyuz raketlərini izləmək üçün istifadə edilən radarlara aiddir”.
“Google maps” görüntülərini izləyənlərdən onun Adəm peyğəmbər və Şeytan Lucifer ilə bağlantısı olduğunu müdafiə edənlər də var.
Pentaqramın satanistlər qədər xristiyanlar tərəfindən də şeytana qarşı qorunmaq məqsədiylə yaradıldığı ehtimalını iddia edənlər də var. Beş duyğu üzvünü təmsil edən pentaqram xristianlığın ilk illərində İsa Məsihin beş yarasını simvolizə edən işarə kimi də istifadə edilirdi.
Qeyd edək ki, Neopaqan (müasir bütpərəstlər) birləşmələr də pentaqramı Yəhudilərin Davud Ulduzu kimi birlik simvolu olaraq və müdafiə məqsədli istifadə edirlər.
Satanistlər isə pentaqram simvolunu üsyan işarəsi və dini kimlikləri kimi istifadə edirlər. Simvol düşmüş mələkləri simvolizə edir.
Belə mübahisələrin davam etməsindən narahatlıq keçirməyən tək ölkə isə elə Qazaxıstanın özüdür, çünki mübahisələrin artması turist sayının da artmasına təsir edir.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər