Məhərrəmlikdə Yeni il bayramı keçirmək haramdır? - (Video)
18-12-2013, 11:40
Oxunub: 5 581
Dekabrın 31-i Hicri təqvimi ilə Məhəmməd Peyğəmbərin (s.ə.s) vəfatı və İmam Həsənin (ə.s) şəhadət gününə təsadüf etdiyindən bu tarixdə bayramın keçirilib-keçirilməməsi geniş müzakirələrə yol açıb. Fikirlər müxtəlifdir. Kimi bunu təqdir edir, kimisi isə tənqid edir.
Hicri Qəməri təqvimi ay təqvimi hesab olunur və müsəlmanlar adətən dini ayinləri bu təqvimə əsasən icra edirlər. Miladi təqvimi ilə müqayisə etdikdə Hicri Qəməri təqvimi 10 gün fərq edir. Bu gün ayrı-ayrı fərdləri seçim qarşısında qoyan da əslində bu fərqdir.
Belə ki, yalnız bu il dekabrın 31-i İslam Peyğəmbərinin şəhadətinə təsadüf edib və sosial şəbəkələrdə də məsələyə müxtəlif yanaşmalar var. Məsələn, həmin gün bayram etmək əvəzinə məscidə gedib ağlamaq, hər cür şadyanalıqdan qaçmaq, ümumiyyətlə, bayram etməmək təklif olunur. Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyir ki, İslam Peyğəmbəri bütün müsəlman ümmətinin etiqad etdiyi şəxsiyyətdir və onun ruhuna sayğı da hər bir müsəlmanın borcudur. O düşünür ki, insanları öz ixtiyarına buraxmaq lazımdır.
İnsanların isə bu məsələyə yanaşması müxtəlifdir.
Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Mirəziz Seyidzadə isə 31 dekabrın bayram kimi qeyd edilməsinin əleyhinədir.
Amma onu da xatırladaq ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurası tərəfindən hər hansı hökm və ya fitva verilməyib. Qurumda düşünürlər ki, bu, sadəcə tövsiyədir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər