Novxanıda kürəkən qaynana və qaynatasını qətlə yetirdi- Video
4-01-2014, 06:35
Oxunub: 5 513
Abşeron rayonu Novxanı bağlar massivində qanlı hadisə baş verib. Hadisə zamanı 36 aşlı Bayram Həsənov qaynanası Rəfiqə və qaynatası Nəzər Hüseynovları həyatdan məhrum edib.
Bolgexeber.com anspress-ə istinadən xəbər verir ki, Bayram Həsənov hadisədən əvvəl qohumlarının kirayədə yaşadığı evə gəlib. Burada onlar arasında mübahisə baş verib. Mübahisə zamanı Bayram özü ilə gətirdiyi ov tüfəngi ilə atəş açaraq qaynanası və qaynatasını qətlə yetirib.
Bayram Həsənov hadisəni törədəndən sonra qaçıb. Amma çox uzağa gedə bilməyib. Abşeron polisi onu Binəqədi rayonu ərazisində saxlayıb.
İlkin ifadəsində Bayram deyib ki, 3 ilə yaxındır ki, ailəsində problemlər var. Bir neçə gün əvvəl isə Bayramın 7 il birlikdə yaşadığı həyat yoldaşı Gülnar Həsənova azyaşlı qızlarını da götürərək ata evinə gedib.
Bundan sonra isə münasibətlər daha da gərginləşib. Münasibətlərə aydınlıq gətirmək üçün qohumlarını evnə gələn Bayram burada onlarla mübahisə edib.
Mübahisə zəminində əvvəl havaya atəş açan Bayram Həsənov daha sonra ardıcıl olaraq əvvəl qaynanasını, sonra da qaynatasını odlu silahla qətlə yetirib.
Polis Bayramı saxladıqdan sonra cinayətdə istifadə edilən ov tüfəngini də aşkar edib. Hadisə ilə bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanılıb.
Bayramın etdiyi cinayətin təfərrüatlarını isə istintaq ortaya çıxaracaq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər