BolgeXeber.Com » BÖLGƏ TV » Telli Borçalıya qınaq: "... ondan nə istəsən, gözləmək olar”

Telli Borçalıya qınaq: "... ondan nə istəsən, gözləmək olar”

21-01-2014, 11:20
Oxunub: 5 421 “Özünü dərk edən, sazı duyan, bilavasitə sazın kökündən gələn insan gərək bu hörmətsizliyi eləməsin. Əgər bir insanın daxilində vətən sevgisi, şəhidliyə rəğbət, hörmət yoxdursa, ondan nə istəsən, gözləmək olar”.

Bunu Aşıqlar Birliyinin İdarə Heyətinin üzvü və Folklor İnsitututunun aşıq yaradıcılığı şöbəsinin müdiri Elxan Məmmədli aşıq Telli Borçalının 20 Yanvar günü Masallıda toy aparmasına münasibət olaraq bildirib.

Qeyd edək ki, qanlı faciənin 24-cü ilində aşıq Telli Borçalının Masallıda toy aparması şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirilib.

Aşıqlar Birliyinin rəsmisi bunu bağışlanılmaz fakt hesab edir. “Yadınıza gəlirsə, bir neçə il bundan əvvəl İsraildə bir neçə sənətçi Xocalı hadisəsi günü konsert vermişdi. Aralarında saz adamı da var idi. Yenə deyirəm, bu çox üzücü bir hadisədir. Bağışlanılmaz bir şeydir. Amma bunu gərək insan özü duysun. Quyuya su tökməklə quyu dolmaz“.

Aşıq-müğənni Telle Borçalı 20 yanvar tarixində toyda olmasını ANS TV-də “Salam, Azərbaycan” proqramının xüsusi müxbiri ilə telefon danışında deyib.

“Qurban sənə, mən Bakıda deyiləm, Masallıdayam. Axşam mənim toyum var”.

Müxbirin, “20 yanvar günü kimin toyudur?” sualı qarşısında çaşan Telli Borçalı əslində toyda yox, ad günündə olduğunu bildirib.

Müxbirin “20 Yanvar günü kimin toyudur?” sualı qarşısında çaşan Telli Borçalı əslində toyda yox, ad günündə olduğunu bildirib.

http://www.youtube.com/watch?v=lH4YxW_vQWU#t=117