Ölkədə 100 milyonluq qaçaqmalçılıq əməliyyatı
25-01-2014, 12:35
Oxunub: 5 386
Azərbaycanda qeyri-qanuni yollarla pul köçürmələri problemi uzun illərdir davam edir. Qeyri-rəsmi məlumatlara görə, qeyri-bank yolu ilə xaricə pul köçürmələrinin illik dövriyyəsi bir neçə milyard dollar təşkil edir. Bakıda bu işlə məşğul olanların isə əsasən varlı və hakimiyyətdə təmsil olunan şəxslərə bağlı olduğu iddiaları var.Bolgexeber.com Qafqaznews.az-a istinadən xəbər verir ki, qaçaqmalçılıq və qeyri-qanuni pul köçürmələri ilə məşğul olan şəxslərdən biri də Zəngilanlı Ramin adlı şəxsdir. Məlumatda deyilir ki, saytın əməkdaşı bir-neçə gün əvvəl 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqəsinin qarşısında biabırçı vəziyyətlə üzləşib və oradaca məsələni araşdırıb. Belə ki, Zəngilanlı Raminin olan həmin Valyutadəyişmə Məntəqəsi qarşısında toplaşan adamlar isə məhz xaricə pul köçürmək istəyənlərdir. “Söhbətdən o da bəlli olurdu ki, Ramin qanunsuz pul “perevod”undan başqa, həm də son vaxtlar Dubay- Azərbaycan- Rusiya marşurutu üzrə mobil telefonların qaçaqmalçılıq yoluyla satışı ilə məşğul olur. Yəni Dubaydan Azərbaycana qanunsuz yolla mobil telefonlar gətirir, buradan isə Rusiyaya ötürür”. Qafqaznews.az Raminin qanunsuz biznesdə onunla şərik olan şəxslərin də kimliyini araşdırır və yaxın günlərdə bununla bağlı məlumat veriləcək. Eyni zamanda, qaçaqmalçılıqla məşğu olan bu şəxsin hüquq mühafizə orqanları tərəfindən həbs edilməməsinə də təəccüb edən sayt hətta konkret fotolar da yayımlayıb. “Ramin özü demişkən, kim deyir ki, haqq-ədalət yoxdur, haqqını ver ədalətini al. Görünür bu məsəli Ramin uzun illərdi işlədir və Azərbaycanda hər dəfə özünə yeni şəriklər taparaq haqqını verib ədalətini alır. Ancaq ən maraqlısı odur ki, görəsən hüquq-mühafizə orqanlarımız, digər müvafiq dövlət qurumları bunu görmür? Axı, bunu görmək üçün çox uzağa getmək lazım deyil. 28 may küçəsində açıq-aşkar alver gedir, qanunsuz milyonlar müxtəlif ünvanlara köçürülür. Konkret olaraq Raminin Xətai rayonu, Ə.Axundov küçəsi 2 ünvanında yerləşən qanunsuz pul “perevod”u ilə məşğul olduğu ofisinin şəkilini də təqdim edirik. Bir media qurumu olaraq bundan artıq nə etməliyik?” Sayt sonda onu da iddia edib ki, Raminin qanunsuz yollarla köçürdüyü pullardan əldə etdiyi gəlir 100 milyon dollardır. Və bildirir ki, bu pullar günün birində Azərbaycan dövlətinə qarşı çevrilə bilər.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər