Bakıda inək əti adı ilə satılan ət – Video
28-01-2014, 07:55
Oxunub: 5 120
Murtuz Əkbərli əvvəlcə həqiqəti gizlətsə də, sonradan etiraf edib.
Xaçmazda və Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsi yaxınlığında tapılan at və uzunqulaq sümüklərindən sonra, real satış qiymətindən qat-qat ucuz qiymətlərlə müştəriyə satılan bəzi ətlərin mənşəyi insanda şübhə doğurmaya bilməz.
Bolgexeber.com anspress-ə istinadən xəbər verir ki, dükan-marketlərdə belə ətlər sümüksüz halda alıcıya təklif edilir. Baxmayaraq Dövlət Baytarılıq Xidmətinin bu barədə rəsmi qadağası da var. Aldığımız məlumata görə Xaçmazda və Qaradağda aşkar edilən at və uzunqulaq ətləri ilə bağlı polis araşdırmalar aparır. Elə bu araşdırmaların izi ilə paytaxtda kəsim yerlərindən birində sallaqxanadakı ətlər bizdə şübhə yaratdı.
Qəssab satışa çıxarılan ətin camış əti olduğunu, üstəlik vaxtı keçdiyindən rənginin qaraldığını boynuna almadı. O vaxta qədər ki, mal-qaranın saxlanıldığı tövləyə baxış keçirməyənə qədər. Məlum oldu ki, Montin bazarında camışların kəsim yeri də mövcuddur. Biz çəkiliş apararkən də tövlədə 10-a yaxın camış gördük.
Fürsət tapıb o biri tövləyə də baxdıq. İçəridə onlarla yaşlı heyvan, sağmal inəklər var idi. Antisanitar vəziyyətdə saxlanılan bu heyvanlara belə məlum olur ki, vaxtlı-vaxtında qulluq da edilmir. İlk baxışdan içəridə sağlam heyvanın olmadığı təəssüratı yaranırdı.
Bu da heyvanların kəsim məntəqəsi. İçəridə iy-qoxu bir yana, kəsilmiş heyvan qalıqları, buranın günlərlə təmizlənmədiyindən xəbər verirdi. Montin bazarındakı bu yer ən böyük topdansatış ət kəsimi məntəqələrindən biridir. Yəni fermerlər malını buradaca kəsib müştəri tapa bilər. Amma indi vəziyyət elə gətirib ki, köhnə, iy-qoxusu ətrafı bürüyən ətə yaxın duran yoxdu. Tonlarla ət sallaqxanada qalıb.
Az sonra ərazi üzrə 4 Saylı Baytarlıq Sanitariya Ekspertiza Laboratoriyasının müdiri gəlib çıxdı. Murtuz Əkbərli əvvəlcə gizlətsə də, sonradan etiraf etməli oldu ki, onların camış ətinin kəsilib satılmasına icazələri var.
Baytar həkim etiraf edir ki, topdansatış qiymətləri ilə ətsatanlara verilən camış, inək əti yerlərində təzə mal, dana əti adı altında satılır. İçəridəki qoca inəklərə gəldikdə, baytar həkim – “qoca olanda, nə olar? Onu çölə atmamalıyıq” - dedi.
Məlumdur ki, bu yarmarkada da ət adi yerlərdə satılandan qat-qat ucuz qiymətə alıcıya təklif edilir. Məsələn, dükanda mal əti 8, qoyun əti 10 manatdırsa, burada 5-6 manata da ət almaq olar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər