BolgeXeber.Com » Dünya » Nazir Goranboya yeni polis rəisi təyin etdi

Nazir Goranboya yeni polis rəisi təyin etdi

6-02-2014, 10:15
Oxunub: 6 337 Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Yardımlı Rayon Polis Şöbəsinin rəisi Fəqan Azadəliyev vəzifəsindən azad edilib

Nazirin fevralın 5-də imzaladığı başqa bir əmrlə Fəqan Azadəliyev Goranboy Rayon Polis Şöbəsinə rəis göndərilib.

Qeyd edək ki, Fəqan Azadəliyev 2012-ci ildən Yardımlı rayonunun polis rəisi olub. O, bu posta Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisliyindən gətirilmişdi. Bölmə rəisliyindən rayon polis şöbəsinin rəisi vəzifəsinə irəli çəkilən F.Azadəliyevi 30-cu bölmədə deputat Aqil Abbasın oğlu Tuncay Abbasov əvəz etmişdi.