Bu günün ulduz falı
15-02-2014, 07:00
Oxunub: 4 388
QOÇ - Hazırda sizi sıxıntıya məruz qoyan maddi problemləriniz bu gündən tədricən öz həllinə yaxınlaşacaq. Bu isə ovqatınıza müsbət təsir göstərəcək. Odur ki, bəri başdan bədbinləşməyin.
BUĞA - Günün birinci yarısını daha çox istirahətə həsr edin, səhhətinizə qayğı göstərin. Hər hansı sövdələşmə uğursuzdur. Sonrakı müddətdə isə iş planına doğru addımlar atmağa dəyər.
ƏKİZLƏR – Planetlərin pozitiv düzülüşü bürcünüzün sahəsində müsbət çalarlar yaradacaq. Bu isə sizi çoxlarından şanslı edəcək. Fiziki cəhətdən özünüzü yormamaq şərtilə çox sahədə uğurlarınız olacaq.
XƏRÇƏNG - Əgər gün ərzində məkrli insanların təsirinə düşməsəniz, Göy qübbəsi ovqatınızı yüksəldəcək. Şübhəli görünən hər şeydən imtina edin. Sevgi münasibətlərində dəyanətli olun.
ŞİR - Günün ümumi mənzərəsi qənaətbəxş olacaq. Sizə mövcud problemlərinizin həlli üçün yaxşı ideyalar veriləcək. Amma gərək maliyyə məsələlərində riskli və qərəzli addımlar atmayasınız.
QIZ - Qeyri-adi nəsə gözlənilmir, heç istəsəniz də bu, mümkün olmayacaq. Odur ki, əsas vaxtınızı müzakirələrə, kəm-kəsirlərin aradan qalxmasına həsr edin. Daxili orqanlarınızı da qoruyun.
TƏRƏZİ - Bəsit düşüncə tərzindən uzaqlaşın. Onsuz da ətrafdakıları özünüz kimi etməyə gücünüz yetməyəcək. Yaxşı olar ki, orta xətt tapıb həyata davam edəsiniz. Bəxtinizdə pul da var.
ƏQRƏB - Ümumi məziyyətlərinə görə düşərli təqvim olsa da, mümkün qədər passiv olmamalısınız. İşgüzar sövdələşmələrə başlamaq, yeni layihələri reallaşdırmaq istiqamətində cəldlik edin.
OXATAN - Əsas enerjinizi fəaliyyət istiqamətinə yönəldin. Subyektiv maneələrə əhəmiyyətsiz yanaşın. Saat 14-16 arası aldığınız işgüzar təkliflərə ciddi baxın. Uzaq yola isə çıxmayın.
OĞLAQ - İqlimin dəyişkənliyi sizdə ümumi süstlük yaratmaqdadır. Lakin həkimə düşəcəyiniz gözlənilmir. Ulduzlar imkan daxilində istirahətə yer ayırmağınızı məsləhət görür.
SUTÖKƏN - Sizin üçün çətin də olsa, qeyri-işgüzar münasibətləri arxa plana keçirməli, yalnız fəaliyyətə köklənməlisiniz. Karyera yüksəlişi üçün də bu təqvimin əhəmiyyəti böyükdür.
BALIQLAR - Ailə üzvlərinizlə ümumi dil tapmağa çalışın. Kobudluq etməklə kiminsə xətrinə dəyməyin. Bu gün bir neçə yeniliyin də şahidi olacaqsınız, hətta qazanc da mümkündür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər