Bu günün ulduz qoroskopu
21-02-2014, 22:05
Oxunub: 4 792
QOÇ - Ümumi kosmik mənzərə pozitiv olduğundan gün ərzində uğurlarınız çox olacaq. Rastlaşdığınız hadisələrin müsbət çalar daşıması və maddi problemlərinizin tənzimlənməsi sizi sevindirəcək.
BUĞA - Ulduzların düzümünə əsasən bu gündən etibarən şəxsi işlərinizdə müsbət dönüş yaranmalıdır. Bunun üçün müttəfiqlərinizlə daha sıx əlaqə saxlamalı, yalan vədlər verməməlisiniz.
ƏKİZLƏR - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, insanlarla münasibətdə bir qədər ehtiyatlı tərpənməlisiniz. Çünki gün ərzində ciddi münaqişələrlə üzləşmə ehtimalınız var. Pul da gözlənilir.
XƏRÇƏNG - Rastlaşdığınız situasiyaların mürəkkəbliyindən qorxmayın. Ən azı ona görə ki, atdığınız hər bir addım ulduzlar tərəfindən dəstəklənir. Sevdiyiniz şəxslə münasibətləri qoruyun.
ŞİR - İqlimin necəliyinə baxmayaraq, evdə oturmağa lüzum yoxdur. Çünki sizi müvəffəqiyyət gözləyir. Sevindirici xəbərlər, şəxsi işlərinizdə müsbət dönüş də mümkündür.
QIZ - Bir qədər qalmaqallı gündür. Təxminən saat 16-ya qədər proseslər mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, dua və ziyarətlərinizi əsirgəməyin. Özünüzü təmkinli aparın, səhhətinizə fikir verin.
TƏRƏZİ - Yeni əlaqələr yaratmaq, perspektivli sövdələşmələrə başlamaq gün ərzində üzərinizə düşən başlıca vəzifə olmalıdır. İşlərin çoxluğundan xoflanmayın. Əsası odur ki, nəticə xeyrinizədir.
ƏQRƏB - Fəaliyyətlə bağlı vəziyyətiniz qənaətbəxş olacaq. Şəxsi büdcənizdə də uğurlarınız mümkündür. Sizə ümid və sevgi bəsləyənlərin inamından sui-istifadə etməyin. Təşəbbüskar olun.
OXATAN - Şad xəbərlər yolunuzu gözləyir. Hətta yeni və maraqlı təkliflər almaq ehtimalınız da var. Nahar ərəfəsində qarşınıza çıxan şanslardan istifadə edin ki, gələcək günləriniz xoş olsun.
OĞLAQ – Saat 12-yə qədər istirahət edib sonrakı müddətdə isə aktiv fəaliyyətə keçin. Aldığınız təkliflərə ciddi yanaşın. Qərar çıxararkən qətiyyətli olun. Reallıqdan kənara çıxmayın.
SUTÖKƏN - Xoş bir gün yaşayacağınızdan xəbər verən ulduzlar maraqlı insanlarla rastlaşacağınızı bildirir. Dəvətlərdən boyun qaçırmayın. İmkan tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.
BALIQLAR - Təxminən saat 15-ə qədər hər bir məsələdə neytral mövqe seçməlisiniz. Çünki göstərilən müddətdə orqanizminizdə passivlik hökm sürəcək. Sonrakı ərəfəni ailə-sevgi məsələlərinə həsr edin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər