İran kosmosa meymun yollayir
24-08-2011, 17:45
Oxunub: 7 492
uploads/1314197479_kosmos.gif[/img] İran sentyabr ayının ortalarına kimi orbitə canlı göndərəcək. Bu canlı meymun olacaq.
Bunu İranın müdafiə naziri Əhməd Vəhidi deyib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.
Vəhidi bildirib ki, canlını orbitə "Kavuşgər 4" adlı süni peyk aparacaq. "Hazırda bu peykin kosmosa buraxılması ilə bağlı hazırlıq işləri gedir", - o əlavə edib.
İran ilk dəfə orbitə canlı orqanizmı ötən ilin fevralında göndərib. Bu canlı "Kavuşgər 3" adlı süni peyklə kosmosa buraxılıb. Ötən ilin avqust ayında İran Prezidenti Mahmud Əhmədinejad 2017-ci ildə ölkəsinin ilk kosmonavtını kosmosa göndərəcəyini demişdi. "Bir müddət öncə kosmosa canlı orqanizm göndərdik və ölkənin Kosmik Agentliyinin proqramlarına əsasən, birinci kosmonavt 2024-cü ildə göndərilməli idi, lakin hökumət bəzi proqramlar həyata keçirdi. 2017-ci ildə ilk kosmonavtımızı kosmosa göndərəcəyik", - Əhmədinjead bildirmişdi.
Əhmədinejad demişdi ki, iranlı kosmonavtın kosmosa getməsi ilə dünyada diplomatik tənliklərdə böyük dəyişiklik baş verəcək
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər