BolgeXeber.Com » Dünya » Rusiya Ukrayna ordusuna 5 saat vaxt verdi

Rusiya Ukrayna ordusuna 5 saat vaxt verdi

3-03-2014, 15:40
Oxunub: 4 535 Rusiyanın Qara Dəniz donanmasının vitse admiralı Aleksandr Vitko Ukrayna Silahlı Qüvvələrinə ultimatum verib.

Bolgexeber.com-un məlumatına görə, A.Vitko Ukraynaya sabaha qədər qərar verməyini tövsiyyə edib.
“Sabah səhər saatlarından etibarən 5 saat ərzində Ukrayna Silahlı qüvvələri təslim olmasa, Krım ərazisindən hücuma keçəcəyik”, deyə A.Vitko bəyan edib.