Krım müstəqilliyini elan etdi
11-03-2014, 10:50
Oxunub: 5 156
Bəyannamədə BMT Nizamnaməsi və digər beynəlxalq sənədlərdə əksini tapmış millətlərin öz müqəddəratını təyinetmə hüququna istinad olunur
Krım Ali Soveti muxtar respublikanın və Sevastopol şəhərinin müstəqilliyi haqqında Bəyannamə qəbul edib. Bəyannamənin lehinə Ali Sovetin 100 deputatından 78-i səs verib.
Sənəd yarımadanın Rusiyanın tərkibinə daxil olmasının və 16 mart referendumunun hüquq əsaslarını yaradır. Əgər Rusiyaya birləşmə referendumda əhali tərəfindən dəstəklənərsə, Krım müstəqil və suveren dövlət elan olunacaq. Daha sonra “müstəqil Krım Respublikası” adından Rusiya dövlətinə müraciət ediləcək ki, Krım federasiya subyekti kimi bu ölkənin tərkibinə daxil edilsin.
Bəyannamədə BMT Nizamnaməsi və digər beynəlxalq sənədlərdə əksini tapmış millətlərin öz müqəddəratını təyinetmə hüququna və BMT-nin himayəsindəki beynəlxalq məhkəmənin Kosovonun müstəqilliyi haqqında 22 iyul 2010 tarixli qərarına istinad olunur. Həmin məhkəmənin qərarına görə, dövlətin bir hissəsinin öz müstəqilliyini elan etməsi beynəlxalq hüquqa zidd deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər