Məmur uşaqlarının cinayətkar qrupu həbs olundu
23-09-2011, 17:40
Oxunub: 6 495
Qrup üzvlərinin içərisində nazirlərdən birinin oğlu da var
Bu gün səhər Ermənistanda zərsizləşdirilən cinayətkar qrupun üzvlərindən birinin yüksək vəzifəli məmurun oğlu olduğu məlum olub. Bolgexeber.com-un erməni saytına istinadən verdiyi xəbərə görə, Təşkil Olunmuş Cinayətlə Mübarizə üzrə baş idarənin əməkdaşlarının cinayətkar qrupun zərərsizləşdirilməsi üzrə həyata keçirdikləri tədbirlər zamanı Xüsusi istintaq xidmətinin müavini Marsel Matevosyanın oğlu saxlanılıb. Mənbənin verdiyi məlumatda bildirilir ki, həmin cinayətkar qrup son vaxtlar ölkədə tanınmış şəxslərin evlərinə hücum edirdilər.
Qrupun adı "Yerevandorstroy" MMC-nin sədr müavini, “Linsi” fondu layihəsinin reallaşması üzrə ofisin keçmiş direktoru 55 yaşlı Eduard Bezoyan evinə edilən hücumda da hallanır. Qeyd edək ki, maskalı beş nəfər onun evinə daxil olaraq ev sakinlərini döyüb və “Nissan Patrus” avtomobili ilə birgə seyfi də ələ keçirmişdi. Analoji ssenari keçmiş deputat Napoleon Azizyanla da baş verib. Əməliyyat zamanı qrup üzvlərindən biri qaçmağa çalışsa da idarəetməni itirib və ölmüşdü. Səhər keçirilən əməliyyat zamanı qrup üzvlərinin içərisində Xüsusi istintaq xidmətinin rəis müavininin qardaşı oğlu və nazirlərdən birinin oğlu da var. Lakin hansı nazirin oğlu olması hələ ki məlum deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər