BolgeXeber.Com » Dünya » Ölüləri yeyən qardaşlar tutuldu

Ölüləri yeyən qardaşlar tutuldu

16-04-2014, 06:20
Oxunub: 4 082 Pakistanda tükürpədən hadisə nəticəsində bir evdə aparılan axtarışda 3 yaşındakı bir oğlana aid baş tapılıb

Bu azmış kimi baş yeyilmiş vəziyyətdə olub. 2011-ci ildə yaşanan hadisə ilə əlaqədar 2 qardaş həbs olunub.

Məlumatda qeyd edilir ki, evdən gələn qorxunc qoxu səbəbi ilə məhəllə sakinləri polisə xəbər veriblər. Polisin evdə etdiyi axtarışda 3 yaşındakı uşağın yeyilmiş haldakı başı tapılıb. 30 yaşındakı Məhəmməd Farman və ardından 35 yaşındakı böyük qardaşı Məhəmməd Arif həbs olunaraq həbsxanaya göndəriliblər.

Dəhşətə salan hadisənin detalları isə daha da qorxuncdur. İki qardaşın əslində yaşadıqları qəsəbədəki qəbiristanlıqdan 100-dən çox cəsədi çıxararaq başlarını yedikləri məlum olub.

3 yaşındakı uşağa etdiklərindən əlavə qəbiristanlıqdan cəsədləri çıxararaq yediklərinə görə də mühakimə olunan Məhəmməd Farman və Məhəmməd Arif yalnız 2 il həbs cəzası alıblar.

Üstəlik bu onların ilk cinayəti deyilmiş. Daha əvvəl də adam yeməkdə günahlandırılan qardaşlardan Məhəmməd Farman həbs cəzası alıb, ancaq həbsdən çıxdıqdan sonra ölü insanları yeməyə davam edib.