BolgeXeber.Com » Dünya » Ramzan Kadırovun erməni “soyqrımı”nı tanıması faktı yalan çıxdı

Ramzan Kadırovun erməni “soyqrımı”nı tanıması faktı yalan çıxdı

25-04-2014, 09:05
Oxunub: 4 770 Çeçenistan prezidenti Ramzan Kadırovun uydurma erməni “soyqırımı”nı tanıması haqda xəbər yalan çıxıb.

Bolgexeber.com-un məlumatına görə, bu barədə vesti.az saytına Kadırovun mətbuat xidmətindən bildirilib. Açıqlamada deyilir ki, Ramzan Kadırovun həqiqətən twitter-də öz mikrobloqu var, ancaq ünvan göstərildiyi kimi deyil.

“Ramzan Əhmədoviçin hər hansı başqa mikrobloqu yoxdur və biz kiminsə saxta mikrobloq yaratmasına görə cavabdehlik daşımırıq”, - deyə mətbuat xidmətindən bildirilib.

Ramzan Kadırovun rəsmi mikrobloqunda isə aprelin 24-də həqiqətən “genosid”in tanınması haqda heç nə yoxdur. Buna hər kəs əmin ola bilər: https://twitter.com/RKadyrov