Ukraynada müharibə başlayır
28-04-2014, 11:25
Oxunub: 5 194
Ukraynada 18 yaşdan 60 yaşadək şəxslər orduya çağırılır.
Rusiyanın Krıma müdaxiləsindən sonra Ukraynada elan olunmuş ümumi hərbi səfərbərlik davam edir.
45 gün müddətinə elan olunmuş hərbi səfərbərlik öncə 18-35 yaş arası gənclərə şamil olunsa da, hazırda 60 yaşa qədər şəxslər də orduya çağırılır. Ancaq bu, rəsmi şəkildə açıqlanmır.
Orduya çağırılanlara hərbi təlimlərin keçirildiyin deyən həmyerlilərimiz bildiriblər ki, Ukraynada ciddi müharibə hazırlığı gedir. Çox güman ki, Ukrayna hökuməti Rusiyanın yeni müdaxilələrini nəzərə alaraq hazırlığa başlayıb.
Özünün 49 yaşı olduğunu deyən həmyerlimizdən biri bildirib ki, mülki şəxsdir və hazırda ordu sıralarında təlimlərdə iştirak edir.
Qeyd edək ki, səfərbərliyə Ukrayna vətəndaşı olan bütün millətlərin nümayəndələrinin cəlb olunduğu deyilir.
Xatırladaq ki, Ukrayna hökuməti ötən ay Milli qvardiya yaradılması, habelə daxili və sərhəd qoşunları da daxil olmaqla silahlı qüvvələrinin sıralarının artırılması üçün ehtiyyatda olan 40 min nəfəri hərbi xidmətə çağırmaqla bağlı qərar vermişdi.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər