BolgeXeber.Com » Dünya » 74 yaşlı prezidentin gənc arvadı və azyaşlı uşaqları üzə çıxdı - FOTOLAR
74 yaşlı prezidentin gənc arvadı və azyaşlı uşaqları üzə çıxdı - FOTOLAR
28-04-2014, 14:10
Oxunub: 5 933
Nursultan Nazarbayevin üçüncü həyat yoldaşının və iki oğlunun pasportlarının surətləri yayılıb
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin azyaşlı uşaqlarının fotoları yayılıb. Respublika.kz saytı redaksiyası 74 yaşlı dövlət başçısının üçüncü həyat yoldaşı Asel İsabayevanın və iki oğlunun pasportlarının surətlərini yayımlayıb.
Fotoların altında isə belə yazılıb: “... indi bizim oxucular millət liderinin varisləri barədə hər şeyi biləcəklər”.
Qeyd edək ki, bu günə qədər prezident Nursultan Nazarbayev haqqında xoşagəlməz və şəxsi həyatına aid olan xəbərləri qızı Dariqa Nazarbayevanın keçmiş əri Raxat Əliyev yayıb.
Nursultan Nazarbayevin üçüncü həyat yoldaşı Asel İsabayeva (hazırda Kurmanbekova) 1999-cü ildə “Qazaxıstan gözəli” seçilib. Bu müsabiqədən bir neçə il sonra Nursultan Nazarbayevlə ailə həyatı qurması barədə söz –söhbətlər yayılıb.
Redaksiyanın təqdim etdiyi pasportların surətlərində olan qeydiyyat yazılarında Nursultan oğlu Tauman 2005-ci il aprelin 6-da, Nursultan Bayken isə 2008-ci lin dekabrın 5-də doğulduğu haqqında bilgilər yer alıb.
Bundan başqa isə Nursultan Nazarbayev oğlu ilə bir neçə dəfə KİV əməkdaşlarının diqqətinə tuş gəlib. Həmin görüntülərdə Nazarbayevin yanındakı kiçik yaşlı oğlan uşağı ilə çox mehriban və qayğıkeş rəftar etdiyi haqqında da da xəbərlər yayılıb.ans
.jpg)


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər