BolgeXeber.Com » Dünya » İranda yol qəzası baş verib

İranda yol qəzası baş verib

29-04-2014, 09:35
Oxunub: 5 086 İranın Fars vilayətində yol qəzası baş verib.


apa-nın verdiyi məlumata görə, hadisə aprelin 29-da gecə, yerli vaxtla saat 01:23-də Mərvədəşt-Şiraz yolunda olub. Sərnişin avtobusunun traylerlə toqquşması nəticəsində bir nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.Hadisəyə səbəb kimi sürücünün yuxulu olmağı göstərilir.
Faktla bağlı cinayət işi açılıb,araşdırmalar davam edir