BolgeXeber.Com » Dünya » Moskvada gözəllik salonunda 4 erməni güllələndi

Moskvada gözəllik salonunda 4 erməni güllələndi

4-05-2014, 10:25
Oxunub: 4 252 Moskvanın qərbində yerləşən gözəllik salonunda atışma olub.

“İnterfaks”-ın verdiyi məlumata görə, ötən axşam baş verən hadisə zamanı dörd Ermənistan vətəndaşı güllə yarası alıb.

Moskva polisindən bildirilib ki, gözəllik salonunda yaranan münaqişə zəminində bir nəfər tapançadan atəş açmağa başlayıb. O, bundan sonra hadisə yerindən uzaqlaşıb.

Yaralanan dörd erməni xəstəxanaya yerləşdirilib. Lakin onlardan üçü xəstəxananı könüllü tərk edib.