"Rəcəb Tayyip Ərdoğan Prezident seçkisində namizəd olacaq"
4-05-2014, 16:20
Oxunub: 4 078
"Prezidentliyə namizədimizin yüz faiz Rəcəb Tayyip Ərdoğan olduğunu bilir və buna inanırıq.
Bu məsələ ilə bağlı fərqli fikir söyləyən bir neçə nəfər ola bilər, onların da özlərinə görə mülahizələri var. Amma bu vəzifəyə 12 il sonra yüz faiz haqqı çatan, başımızı göylərə dəydirəcək qədər böyük uğurların sahibi olan bir insanın artıq Türkiyədə ilk dəfə xalqın səsiylə seçilən Prezident olmasını hamımız arzu edirik”.
Türkiyənin rəsmi Anadolu Agentliyinin verdiyi xəbərə görə, bunu bu gün Türkiyə baş nazirinin müavini Bülənt Arınc ölkəsində prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədinin kim olacağı ilə bağlı danışarkən deyib.
Arınc bildirib ki, “media da, xalq da bilir ki, AKP-nin namizədi kim olsa, o da prezident seçiləcək”: “Bu məsələdə heç bir tərəddüd və narahatlıq yoxdur”.
Müxalifət partiyalarının üzvlərindən də səs alacaqlarını deyən B. Arınc bildirib ki, onun təxminlərinə görə, MHP elektoratının üçdə biri, CHP elektoratının isə 20 faizi prezident seçkilərində AKP-nin namizədini dəstəkləyəcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər