BolgeXeber.Com » Dünya » Slavyanskdakı terrorçular tamamilə məhv edilib

Slavyanskdakı terrorçular tamamilə məhv edilib

5-05-2014, 13:25
Oxunub: 4 698 Ukrayna xüsusi təyinatlıları Slavyanskda mühasirəni yarmağa cəhd edən terrorçu qruplaşmanı tamamilə məhv edib.

“Axar.az” xəbər verir ki, bu barədə “censor.net” saytının baş redaktoru Yuri Butusov özünün Feysbuk səhifəsində yazıb.

“Dörd Ukrayna hərbçisi həlak olub, 1 nəfərin vəziyyəti çox ağırdır. 20 nəfərə yaxın isə yaralanıb. Terrorçular böyük itkilər verərək onlara köməyə gələnlərdən xeyli uzaqlaşdırılıblar. Döyüş meydanında Rusiya Baş Kəşfiyyat İdarəsinə məxsus xeyli sayda silah-sursat tapılıb”, - deyə Butusov yazıb.