Bu günün astroloji proqnozu
10-05-2014, 02:15
Oxunub: 4 182
QOÇ - Saat 14-ə qədər neytrallıq nümayiş etdirməyiniz məsləhətdir
Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin. Sonrakı müddətdə isə perspektivli sövdələşmələr gözlənilir. Riskdən qorxmayın.
BUĞA - Ümumi əhvalınızda xoş məqamlar bol olacaq. Ələlxüsus da saat 15-dən sonra bəzi cəhdləriniz baş tutacaq. Əsas vaxtınızı sevgiyə həsr edin. Ulduzlar uzaq səfərə çıxmanızın əleyhinədir.
ƏKİZLƏR - Qarşınızda uğurlu bir gün durur. Qarşıya qoyduğunuz planların böyük əksəriyyətini reallaşdıra biləcəksiniz. Maraqlı görüş və tanışlıqlar da mümkündür. Nahardan sonra uzaq yola çıxmaq olar.
XƏRÇƏNG - Xırda-para işlər başınızı qatsa da, şəxsi büdcənizi artırmaq üçün kifayət qədər şansınız olacaq. Odur ki, bu istiqamətdə bütün gücünüzü səfərbər edin, ağır fiziki işlərdən yayınmağa çalışın.
ŞİR - İxtiyarınızda olan bu təqvimdə ətrafdakılarla mülayim olmağa üstünlük verin. Əgər ruhən sizə yaxın olan insanlara baş çəksəniz, böyük savab qazanmış olarsınız. Bütün hallarda bu gün bədbin düşüncələrdən azad olun.
QIZ - Ulduzların düzümü sağlıq durumunuzda problem olduğunu göstərməkdədir. Bu səbəbdən də qida və yuxu rejiminizə, xüsusən də baş nahiyənizə ciddi fikir verməlisiniz. Digər işləri təxirə salmaq da olar.
TƏRƏZİ - Planetiniz Veneranın "hakimiyyətdə" olması sizi daha enerjili edəcək. Amma səhhətlə bağlı problemlərinizi həll etməlisiniz. Çünki bu amil vacib planlarınızı poza bilər. Görüşləri axşama salın.
ƏQRƏB - İntiqam hissi, əsəbi situasiyalara şərh vermək, münasibəti korlanmış iki nəfər arasında vasitəçilik etmək sizə zərər yetirə bilər. Bu səbəbdən də yalnız özünüzə aid işlərlə məşğul olun.
OXATAN - Təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, uzaqlardan sevindirici xəbər də alasınız. Hər halda, gün ərzində ovqatınız xoş olacaq. Nəqliyyat vasitələrində isə ehtiyatlı olmalısınız.
OĞLAQ - İkitərəfli əməkdaşlıq üçün düşərli vaxtdır. Buna baxmayaraq, müqavilə bağladığınız adamlarla ehtiyatlı davranın. Əgər təşəbbüskarlığı əlinizdə saxlasanız, hədəfə mütləq çatacaqsınız.
SUTÖKƏN - Yaxşı olar ki, bu təqvimdə bütün işlərinizi təxirə salasınız. Çünki fiziki yorğunluğunuzun ifratçılığı aktivliyinizə mane olacaq. Ruhi tarazlığınızı bərpa etmək üçün ziyarətgahlara baş çəkmək olar.
BALIQLAR - Bütün vacib işlərinizi günün birinci yarısında yekunlaşdırın. Çünki saat 14-dən sonra daxili süstlüyünüz yüksələ bilər. Axşama doğru maraqlı insanlarla rastlaşacaqsınız. Bu gün borc almayın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər