Rəcəb Tayyib Ərdoğan-"Ədəbsizlik edirsən"(VİDEO)
11-05-2014, 10:30
Oxunub: 4 635
Bu şəkil dünən Türkiyədə çəkilib.
Şəkildə hamının tanıdığı baş nazir Ərdoğan hiddətli görünür. Onun yanındakı isə Türkiyə prezidenti Abdulla Güldür, baş naziri sakitləşdirməyə çalışır.
Ərdoğanı əsəbiləşdirən Türkiyə Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlunun çıxışıdır. Ölkəsində azad, əlinin üstündə əl olmayan adam kimi tanınan Feyzioğlunun çıxış müddəti uzanınca özü də saatlarla danışmağa vərdiş eləmiş baş nazir təhəmmül edə bilmir.
Sonra onların arasında dialoq olur. Baş nazir deyir: "Ədəbsizlik edirsən". Feyzioğlu cavab verir: "Ədəbsizlik edən mən deyiləm".
Ərdoğanı hiddətləndirən məqam nə Feyzioğlunun uzanan çıxışıdır, nə də o çıxışın içində yer alan hansısa sözüdür. Baş naziri hiddətləndirən Feyzioğlunun özüdür. Bu adam hələ "Ergenekon" məhbuslarının məsələsində hakimiyyətə qarşı çıxmış, onların azad olunmasını özünün namus borcu elan etmişdi.
Nəticədə o toplantıda ara qarışır, ortaya pərxaşlıq düşür. Prezident iclasda oturduğu halda baş nazir durub çıxışa yönəlir - əyanlar da dalınca. Bu, bir protokol pozuntusu olsa da, məsələyə dəxli yoxdur. Əsas odur ki, baş nazir hiddətlənib.
Türkiyə belə bir dövlətdir. Son on ildə bu ölkədə demokratiya nə qədər zərbə alsa da, məhdudlaşdırılsa da, hər halda hakimiyyətdə olan qüvvənin qarşısından qaçmayan, ona dirəşən qüvvələr, strukturlar da var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər