BolgeXeber.Com » Dünya » Final bileti üçün bir saatlıq seks

Final bileti üçün bir saatlıq seks

13-05-2014, 09:45
Oxunub: 4 359 Çempionlar liqası finalı üçün biletləri satışa çıxdıqdan qısa bir müddət sonra hamısı satılaraq qurtarıb.


Mayın 24-də keçirilməsi planlaşdırılan ÇL finalı "Real Madrid" - "Atletiko Madrid" qarşılaşmasının biletləri qısa bir müddətdə hamısı satılıb. Lakin bəzi azarkeşlər bilet əldə etmək üçün müxtəlif yollara əl atırlar.

Buna misal olaraq, matça getmək istəyən "Atletiko Madrid" tərəfdarı olan ispan cütlüklərdən biri sadəcə 1 bilet tapa bilib. Komandalarına sadiq olan bu cütlük tək getmək istəmədikləri üçün əlavə bir bilet də tapmaq niyyətinə düşüblər.

Çılğın sevgililər ölkədəki saytlardan birində bütün dünyada müzakirə mövzusu olan müraciətə imza atıblar. Belə ki, qız sevgilisinin razılığı ilə ona bir bilet verməyə razı olan şəxslə 1 saatlıq seks təklifi edib. Oğlan isə, "Biz bu finalı birlikdə görmək istəyirik, bizə kömək edin!", deyə yazıb.

Bu hadisə bütün dünyada əks-səda doğurmaqla yanaşı, cütlüyün istədikləri bileti tapıb-tapmayacaqları da maraq mövzusu olub.