BolgeXeber.Com » Dünya » Türkiyədə güclü partlayış: 201 ölü, yüzlərlə yaralı

Türkiyədə güclü partlayış: 201 ölü, yüzlərlə yaralı

14-05-2014, 08:40
Oxunub: 4 619 Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə güclü partlayış baş verib.

Partlayış əticəsində 1 nəfər ölüb, 19 nəfər ciddi xəsarət alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi deyilir.

Rəsmilər uçqunun altında 200-300-dək fəhlənin qaldığı bildiriblər.

Bu dəqiqələrdə uçqun altında qalan fəhlələrin xilasetmə əməliyyatı davam etdirilir.

21:19

Türkiyədən alınan son məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb. Onların hamısı tüstüdən zəhərlənib və aldıqları xəsarətlərdən dünyalarını dəyişib.

İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik naqillərində baş vermiş qısaqapanma olub.

Partlayış baş verən an şaxtada 580 fəhlə olub, onlardan 280 nəfər şaxtanı tərk edə bilib. Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb olunub.

02:20


CNNTürk-də canlı yayıma qoşulan Manisanın bələdiyyə başçısı Çinciz Ürgən mədəndəki faciə nəticəsində ölənlərin sayının 157-ə çatdığını açıqlayıb


***

01.06


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mədəndəki faciə ilə əlaqədar Makedoniya səfərini təxirə salıb. Musavat.com xəbər verir ki, məlumatı "Anadolu" agentliyi yayıb.

***

00.35


CNNTürk-də canlı yayıma qoşulan Manisanın bələdiyyə başçısı Çinciz Ürgən mədəndəki faciə nəticəsində ölənlərin sayının 157-ə çatdığını açıqlayıb


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mədəndəki faciə ilə əlaqədar Makedoniya səfərini təxirə salıb.


05:12

Son məlumata görə, ölənlərin sayı 201 nəfərə çatıb. Bu barədə məlumatı Türkiyənin enarji və təbii srvətlər naziri Taner Yıldız verib.