BolgeXeber.Com » Dünya » Fatih Terim mədən faciəsinə görə qızının toyunu təxirə saldı

Fatih Terim mədən faciəsinə görə qızının toyunu təxirə saldı

14-05-2014, 15:20
Oxunub: 5 495 Fatih Terim mədən faciəsinə görə qızının toyunu təxirə saldı

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terim Somada baş verən faciə ilə bağlı qızının toyunu təxirə salıb. Əfsanəvi məşqçinin qızı Buse Terimin mayın 16-na təyin edilən toyu başqa bir tarixə təyin edilib. Məşqçinin ailəsi bu qərarı barədə açıqlama yayıb.

"Dəyərli dostlar, ölkəmizdə miqyası hər ötən dəqiqə daha da artan və kədərli mədən faciəsi yaşanmaqdadır. Təəssüf ki, evlərə atəş düşüb. Bir çox ailə ümid və təşvişlə gözləyir. Yaşanan bu acını ürəyimiz və beynimizin hər bucağında ən dərin şəkildə hiss edir, paylaşırıq.

Ölkə olaraq belə böyük bir acını paylaşmalı olduğumuz vaxtda övladlarımızın toyunu etməyə ürəyimiz razı gəlmədi. Ailələr və gənclərlə bir araya gələrək toyun tarixini dəyişməyə qərar verdik. Bu böyük faciədə ölənlərə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirik. Ölkəmiz və millətimizin başı sağ olsun" - deyə Terim ailəsi bildirib. Qeyd edək ki, Buse Terimin bir necə gün öncə xına mərasimi olmuşdu (ANS).



Bolgexeber.com