Bu gün bürcünüz nə vəd edir?
23-05-2014, 08:15
Oxunub: 4 052
QOÇ - Bütün enerjinizi qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəldin
Umu-küsüləri bir tərəfə atın. Çünki şəxsi işlərinizdə böyük dönüş yaxınlaşmaqdadır. Fəaliyyətlə bağlı səfərə çıxmaq olar.
BUĞA - Düşüncə və fikirlərinizin reallığa uyğun olmasını ulduzlar da təsdiqləyir. Bu səbəbdən də kənar məsləhətlərə o qədər də ehtiyacınız yoxdur. İmkan daxilində açıq havada az olmağa çalışın.
ƏKİZLƏR - Hazırda "hakim" bürc siz olduğunuz üçün enerjiniz xeyli artacaq. Odur ki, bu potensialı səmərəli istiqamətə yönəltməyə səy göstərin. İşgüzar sövdələşmələrə başlamağa dəyər.
XƏRÇƏNG - Havaların qeyri-sabitliyi, maqnit qasırğaları səhhətinizə mənfi təsir göstərə bilər. Bunu nəzərə alıb açıq havada çox durmayın. Bu gün istənilən ikitərəfli əməkdaşlığınız uğurla nəticələnəcək.
ŞİR - Mübahisəli gündür. Atmaca və böhtanlara əhəmiyyət verməyin. Əsas enerjinizi maliyyə məsələlərinə və peşənizlə məşğulluğa həsr edin. Sevdiyiniz adamın obyektiv fikrinə hörmətlə yanaşın.
QIZ - Saat 12-dən sonra maddi durumunuzu dirçəltmək üçün cəhdlər edin. Çox güman ki, bunun səmərəsi olacaq. Günün sonunda isə ürəyinizcə olan ünvanlara qonaq sifətilə baş çəkin.
TƏRƏZİ - Həmkarlarınızla davranışlarda nəzakətli olun. Çünki ulduzların düzümü bu gün çoxlarının sizdən incik düşəcəyini göstərir. Fəaliyyət zəminində isə böyük işlərə başlamağa dəyər.
ƏQRƏB - Maliyyə problemlərinizin qabarmasını istəmirsinizsə, bir az qənaətcil olun. Yaxşı olar ki, ciddi məbləğ tutan alış-verişə girişməyəsiniz. Əsas vaxtınızı sevgiyə həsr edin.
OXATAN - Hər mənada uğurlu gündür. Qarşıya qoyduğunuz vəzifələrin əksəriyyətini reallaşdıracaqsınız. Bunun üçün müttəfiqlərinizin köməyindən yararlanın. Bütün detalları saf-çürük edin.
OĞLAQ - Saat 14-16 arası gərginliklə üzləşə bilərsiniz. Bunun qarşısını alsanız, qalan müddətdə heç bir probleminiz olmayacaq. İşgüzar görüşləri təxirə salmayın. Sevindirici xəbər eşidəcəksiniz.
SUTÖKƏN - Çox məsuliyyətli gündür. Nəzərdə tutduqlarınızın hamısını reallaşdırmağa çalışın. Yersiz risklərə, bələd olmadığınız adamlarla əməkdaşlığa razılıq verməyin. Səhhətinizi qoruyun.
BALIQLAR - Öhdənizə düşən və əksəriyyəti yarımçıq qalan işlərinizi yekunlaşdırmağa çalışın. Heç kimə yalan vəd verməyin. Bu, nüfuzunuza xələl gətirə bilər. Yeni təkliflərə razılıq verin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər