Qəzzafinin oğlu yeni təhdid dolu bəyanat yaydı
27-10-2011, 11:30
Oxunub: 7 519
Diktator Müəmmər Qəzzafinin beynəlxalq axtarışda olan oğlu Seyfülislam yeni müraciətlə çıxış edib.
Bolgexeber.com-un yerli mətbuata istinadən verdiyi məluçata görə məlumatına görə, ərəb kütləvi informasiya vasitələrində dərc olunan müraciətdə belə ifadələr yer alır: “Bəzilərinin hər şeyin məhv olduğunu fikirləşdiyi bir vaxtda mən demək istəyirəm ki, hər şey indi başlayır”.
Seyfülislam Liviyanı satanları, ona xəyanət edənləri həmişə cəzalandırdığını vurğulayıb və ölkəni bu hala gətirənlərin həyatını cəhənnəmə çevirəcəyinə söz verib. O, bütün silahdaşlarını itirilmiş Liviyanın qaytarılması uğrunda mübarizəyə və qatillərdən intiqam almağa çağırıb: “Liviya xalqının qurban gedən övladlarının ruhu qarşısında öz borcumuzu yerinə yetirmək üçün qatilləri təhdid və məhv etməliyik”.
Müəmmər Qəzzafinin 10 övladı (2-si götürmə) olub. 1986-cı ildə amerikalılar Müəmmər Qəzzafinin qərargahını bombardman edəndə Həna Qəzzafi həlak olub. Bu ilin mayında Seyfülərəb Qəzzafi NATO aviasiyasının bombardmanına qurban gedib. Avqustda Xəmis Qəzzafi, oktyabrda Mötəsəm Billah Qəzzafi öldürülüb.
Diktatorun 6 övladı qalır: Məhəmməd Qəzzafi, Seyfülislam Qəzzafi, Səid Qəzzafi, Hannibal Qəzzafi, Ayişə Qəzzafi, Milad Qəzzafi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər