Bürcünüz nə vəd edir?
30-05-2014, 08:40
Oxunub: 4 161
QOÇ - Çoxsaylı görüşlərdə iştirak edəcəyinizdən xəbər verən ulduzlar hansısa xoşagəlməzliklə rastlaşma ehtimalınızı təkzib edir
Əksinə, ətrafınızda olanların hər biri ovqatınızı yüksəldəcək.
BUĞA - Əsas enerjinizi əməkdaşlıq istiqamətinə yönəldin. Elə taktika seçin ki, ətrafda ikrah oyatmasın. Sevgilinizlə romantik bir gəzintiyə çıxmaq, münasibətləri aydınlaşdırmaq üçün də düşərlidir.
ƏKİZLƏR - Maliyyə problemləriniz artsa da, nəzərdə tutduğunuz işlərin öhdəsindən gələcəksiniz. "Hakim" bürc olduğunuzdan enerjiniz artacaq, günortadan sonra maraqlı insanlarla görüşəcəksiniz.
XƏRÇƏNG - Uzaq səfərə çıxmağa dəyər. Çünki Göy qübbəsi deyilən istiqamətdə bəxtinizi parlada bilər. Kosmik məkanın astroloji mənzərəsi yaxınlarınıza laqeyd qalmamağı tövsiyə edir.
ŞİR - Kosmik fonun bürcünüzə təsiri bir qədər neqativ olduğu üçün əsas gücünüzü istirahətə verməlisiniz. Çalışın ki, qalmaqaldan uzaq insanların yanında olasınız. Səfərə çıxmaq məsləhət deyil.
QIZ - Bəri başdan yadda saxlayın ki, bu təqvimdə çoxsaylı və maraqlı hadisələrlə baş-başa qalacaqsınız. İstər ailə-sevgi münasibətlərində, istərsə də fəaliyyətdə hər şey ürəyinizcə olacaq.
TƏRƏZİ - Səhhətinizlə bağlı xırda narahatçılığınızı nəzərə almasaq, günün ümumi mənzərəsi xeyrinizə olacaq. Ələlxüsus da nahardan sonra cərəyan edən olaylara görə bu təqvimdən razı qalacaqsınız.
ƏQRƏB - Böyük yeniliklər astanasındasınız. Bu səbəbdən də hazırkı sıxıntılarınıza görə narahat olmayın. Səbrli və ümidli olun ki, yaxınlaşmaqda olan sürprizlər sizdən yan keçməsin.
OXATAN - İstər sağlıq durumunuzda, istərsə də əməli fəaliyyətinizdə mövcud olan xoşagəlməzliklər artıq arxada qalacaq. Ona görə də qarşınızda duran öhdəliklərə layiqincə əməl edin.
OĞLAQ – Həftənin ən ideal təqvimini yaşayacaqsınız. Ən böyük uğurlarınız isə məhəbbət aləmində baş verəcək. Əgər aktivlik göstərsəniz, nahardan sonra varlana da bilərsiniz. Uzaq yola çıxmayın.
SUTÖKƏN - Hiss olunur ki, darıxdırıcı məqamlar yaşamaqdasınız. Bəzən də düşünürsünüz ki, zülmətə bürünmüş dünyamızın təklənmiş sakinisiniz. Baxışlarınızı dəyişin. Çünki yanlış fikirləşirsiniz.
BALIQLAR - Götür-qoy etmək limmitiniz başa çatdığı üçün konkret işə keçin. Artıq bu ərəfədə hansı perspektivlərə yiyələnəcəyinizi təyin etməlisiniz. Müttəfiqlərinizi dəqiqləşdirin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər