Gülə:"Belə dövlətin başında olmaqdan utanmırsınız?"
31-05-2014, 15:20
Oxunub: 4 757
Abdullah Gül oğlu Məhmət Əmrənin məzun mərasimi üçün Harvard Universitetində qatıldığı tədbirdə şok suallarla qarşılaşıb.
Təxminən 150 iştirakçının qarşısında Harvard Tibb Mərkəzinin mütəxəssislərindən Əmrə Altındişlə Abdullah Gül arasında reallaşan dialoq belə olub:
Altındiş: - Gəzi hadisələrinin ildönümüdür. Keçən il Nobel mükafatlı həmkarlarımla “Science” (Elm) jurnalında bir məqalə çap etdirdik. Prezidenti olduğunuz Türkiyə Respublikası dövlətinin 8 vətəndaşını öldürdüyünə, 90 nəfəri yaraladığına, 9 insanın gözünü itirməsinə səbəb olduğuna, minlərlə insanı qazla boğduğuna etiraz etdik. Lakin Türkiyədə şiddət davam edir. Gündə 3 qadın öldürülür, 4 nəfər istehsalat qəzalarında həlak olur. Roboski (Uludərə) qırğınında sizin başında olduğunuz ordu 34 adamı öldürüb. Siz belə bir dövlətin başında olmaqdan utanmırsınızmı? Əlinizdən axan qanı görmürsünüzmü? Necə utanmadan bizə burada demokratiya yalanları deyirsiniz? Gecələr necə yatırsınız? Sizin Baş naziriniz 14 yaşındakı uşağa terrorist deyir.
Gül: - İndi də sən mənə qulaq as. Heç kim sənə belə sual soruşma haqqı verməzdi.
Altındiş: - Türkiyədə döyülərdim.
Gül: - Bu hadisələr başqa ölkələrdə də olur. Gəzi parkında sağlam fikirlə başlayan hərəkata sonradan qanunsuz təşkilatlar qatıldı. Bunlar təbii ki, çox kədərlidir...
Qeyd edək ki, dövlət başçısının mühafizəçiləri mane olmağa çalışsalar da, Gül soyuqqanlılığını qoruyaraq sualların verilməsinə imkan yaradıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər