Dünyanın ən kasıb və ən varlı prezidentləri
5-06-2014, 09:10
Oxunub: 11 961
Dünyanın ən kasıb və varlı prezidentləri barədə bilmədiklərimiz
Bir neçə gün öncə saytlarda dünyanın ən kasıb prezidentinin ilginc müsahibəsi dərc edilmişdi. Məlum olmuşdu ki, Xose Muxika Uruqvayın hazırkı prezidentidir. Onu çox vaxt dünyanın ən kasıb prezidenti kimi təqdim edirlər. X.Muxika maaşının 90 faizini xeyriyyə işlərinə bağışlayır. Prezident sarayından imtina edib, həyat yoldaşı ilə balaca bir kənd evində yaşayır. O, bağında tərəvəz yetişdirir, traktor sürür.
Muxika 60-cı illərdə partizan qrupunda diktaturaya qarşı silahlı mübarizə aparıb. Altı dəfə polis tərəfindən güllə yarası alıb. Həyatının 15 ilini həbsdə keçirdib, işgəncələrə məruz qalıb. Bir neçə gün öncə isə Suriya vətəndaş müharibəsində yetim qalmış 100 uşağa öz evində sığınacaq verəcəyini elan edib.
Konkret maaşının məbləğinə gəlincə, ayda 263 000 uruqvay pesosu (9550 manat) maaş alır. Bu puldan yalnız 26 300 pesonu (955 manat) özünə götürür. O, suyu həyətindəki kəhrizdən çıxardır. Ölkənin birinci xanımı ilə torpaq işləri görür, gül becərir. Xose Muxika partizan hərəkatının iştirakçısı olub. Muxikanın ən böyük şəxsi alışı 1987-ci il buraxılışlı “Volksvagen Juke” avtomobili olub. O, bunun üçün 1945 dollar xərcləyib.
Uruqvay prezidentinin bankda hər hansı hesabı, eləcə də borcları yoxdur. Bir müddət öncə facebook istifadəçilərindən biri prezidentin və onun həyat yoldaşının küçə kafelərindən birində necə nahar etməsini çəkib, öz səhifəsində paylaşmışdı. Şəklin altındakı rəy isə belə idi: “Yəqin ki, biz dünyada öz həyat yoldaşı ilə cangüdənsiz nahar edən ilk prezidentin ölkəsində yaşayırıq”.
Kasıb prezident deyəndə yada düşənlər arasında Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy, Hamid Karzayi (Əfqanıstan), Robert Muqame (Zimbabve) də var.
Məsələn, Karzayi ayda 525, ildə cəmi 6300 dollar qazanır. Onun bank hesabında isə 20.000 dollar var. Əfqanıstan prezidentinin faktiki hər hansı daşınmaz əmlakı yoxdur.
Zimbabve prezidenti olmuş cənab Muqabenin isə illik qazancı 18 min dollardır. Amma onun Hon Konqda dəyəri 5.6 milyon dollar olan rezidensiyası var.
Ukraynanın keçmiş prezidenti Yanukoviçin illik qazancı 30 min dollar olub. Yanukoviçin ilk rəsmi sərəncamı öz məvacibini 50 faiz azaltmaq olub ki, bu da tarixdə xüsusi yer tutur. Ukrayna saytlarının yazdığına inansaq, onun 619.6 kvadrat metr sahəsi olan mənzili və iki qarajı var.
Ancaq onun qeyri-leqal yolla əldə etdiyi böyük vəsaitləri olduğu da deyilir...
Ən yaxşı qazanan prezidentlərin siyahısında ABŞ pzezidenti Barak Obama da yer alır. Onun prezident kimi illik məvacibi 400 min dollardır. Bununla yanaşı, cənab Obama kitablarından və müxtəlif nəşrlərdəki yazılarından da qonorar alır. Məsələn, planetin ən yaxşı qazanan prezidenti ünvanına sahib olan B.Obamanın 2009-cu ildə bank hesabına 1.4 milyon dollar məbləğ daxil olub. Bu, onun Nobel mükafatından qazandıqlarıdır. Sözügedən ildə B.Obamanın ümumi qazancı 5.5 milyon dollardır.
Amma onu heç də yer üzünün ən varlı prezidenti hesab etmək olmaz. Latın Amerikasında bu titula layiq prezident tapmaq olar. Çilinin rəhbəri Sebastyan Pinera öz milyardları ilə öyünür. Məsələn, 2012-ci ildə onun varidatının həcmi 2.4 milyard dollar olub. O, bu pulları daşınmaz əmlak, turizm, bank sektorundan qazanıb. Sebastyanın maddi durumu ildən-ilə yaxşılaşır. 2009-cu ildə “Forbes” onun varidatını 1 milyard dollar olaraq qiymətləndirmişdisə, cəmi bir il sonra bu məbləğ 2.2 milyard dollara çatdı və artan temp üzrə inkişaf etdi.
Siyahıda Livanın baş naziri Nəcib Mikatinin də adı yer alıb. Onun varidatı isə 3 milyard dollar məbləğində qiymətləndirilib. O, "İnvestcom" adlı telekommunikasiya kampaniyasının yaradıcılarından biridir. 2006-cı ilin iyun ayında o, bu kampaniyanı Cənubi Afrikanın "MTN Group"na 5.5 milyard dollara satıb. Nəticədə də dünyanın ən varlı adamlarının siyahısında 446-cı yerdə qərarlaşıb.
Amma ən maraqlı mənzərə ABŞ-a rəhbərlik edən prezidentlərlə bağlıdır. Onların var-dövlətlərinin miqdarı bir-birindən kəskin fərqlənib. Siyahıya diqqət edək:
1. Con F.Kennedi - 1 milyard dollar
2. Corc Vaşinqton - 525 milyon dollar
3. Tomas Cefferson - 212 milyon dollar
4. Teodor Ruzvelt - 125 milyon dollar
5. Endru Cekson - 119 milyon dollar
6. Ceyms Medison - 101 milyon dollar
7. Lindon Beyns Conson - 98 milyon dollar
8. Herberk Klark Huver - 75 milyon dollar
9. Frenklin D. Ruzvelt - 60 milyon dollar
10. Bill Klinton - 55 milyon dollar
Gürcüstanın baş naziri olmuş İvanaşvilinin 6.4 milyard dollarlıq var-dövləti olub. Bununla da o, “Forbes”in siyahısında 153-cü yeri tutub. Sinqapurun baş naziri olmuş Li Syanlun isə bu vəzifədə il boyu 2.8 milyon dollar qazanıb.(musavat)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər