Qəddafi sağdır?
29-10-2011, 10:50
Oxunub: 7 066
Onun Şimali Koreyada yaşadığı iddia olunur
Liviyada baş verən inqilabi proseslər zamanı müxalifət tərəfindən öldürülən Mummar Qəddafinin sağ olduğuna dair iddialar çoxalmağa başlayıb. Bolgexeber.com-un Qərb mətbuatına istinadən xəbər verir ki, bu iddiaların sırasına daha biri əlavə olunub. Həmin məlumatlara görə, Qəddafi sağdır və hazırda Şimali Koreyada yaşayır.
Qərb mətbuatı bununla bağlı yazır ki, Liviyada inqilabçıların əlinə keçən şəxsin Qəddafi olub-olmadığı tam dəqiq deyil. Onların arqumentləri belədir ki, Liviyanın keçmiş lideri öz oxşarını ortaya çıxarıb və onun müxalifətin əlinə keçməsi planını reallaşdırıb. Məqsəd isə müxalifətçilərdə əminlik yaradaraq, ölkəni tərk etmək və başqa bir ölkədə yaşamaq olub.
Məlumatlarda vurğulanır ki, Qəddafi hal hazırda Şimali Koreyada yaşayır və orada Kim Jonq Linin razılığı əsasında həyatına davam edir. Övladlarını isə yanına almayıb ki, bundan Amerika duyuq düşə bilər. Amma onun uşaqlarının bir müddət sonra Şimali Koreyaya daşınacağı gözlənilir.
Bu əsnada onu da bildirək ki, Liviyadakı hadisələr Şimali Koreya rejiminin də qorxusuna səbəb olub. Bolgexeber.com xəbər verir ki, Koreyanın diktatoru Kim Jonq Linin göstərişinə əsasən ərəb dünyasında baş verən inqilablarla bağlı bütün məlumatlar gizlədilir. Bu barədə yerli mətbuat ümumiyyətlə, bir cümlə də belə yazmırlar. Məsələdən xəbərdar olanlar isə yalnız ən yüksək səviyyədə təmsil olunan məmurlardır.
Ərəb dünyasında baş verənlərin Şimali Koreyada yayılmasının qarşısını almaq üçün Kim Jonq Li daha bir addım atıb. Bolgexeber.com xəbər verir ki, diktator ərəb inqilabları baş verən ölkələrdə işləyən koreyalıların ölkəyə gəlməsinə qadağa qoyub. Təkcə Liviyada 200-dən artıq Şimali Koreya vətəndaşı var ki, onların geri qayıtmasına imkan verilmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər