Bu gün bürcünüz nə vəd edir?
15-06-2014, 09:05
Oxunub: 4 225
QOÇ - Bütün diqqətinizi ailə məsələlərinə və tərəf-müqabilinizlə münasibətlərə yönəldin. Hər hansı mübahisə başağrınıza səbəb ola bilər. Allaha düşmən olan falçı və cadugərə üz tutmayın.
BUĞA - Hansısa sövdələşmə ilə bağlı bəzi anlaşılmazlıq yarana bilər. Lakin bunu zorakı üsullarla yoluna qoymaq səmərəsizdir. Nahardan sonra sevgi sahəsində sevinəcəyiniz gözlənilir.
ƏKİZLƏR - İşgüzar əlaqələrinizi sıxlaşdırmaq, qlobal məsələləri həll etmək üçün sərfəli vaxtdır. Amma təşəbbüskarlığı və fikir mübadiləsində liderliyi öz əlinizdə saxlamalısınız.
XƏRÇƏNG - Bir tərəfdən məqsədlərinizə gedən yolların bağlılığı, digər tərəfdənsə sizi başa düşməyənlərin artması ovqatınıza mənfi təsir göstərməkdədir. Amma xoş nəticə üçün azacıq dözməlisiniz.
ŞİR - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də nahardan sonra uzaqgörənliyinizə ehtiyacınız olacaq.
QIZ - Ən ümdə arzularınızı gizli saxlayın. Özünüz də bilirsiniz ki, qabaqcadan nəyisə demək sizə düşmür. Ürəyinizi incitsə də, xoşbəxtliyiniz naminə kiməsə sirr verməməlisiniz.
TƏRƏZİ - Ulduzlar pulla bağlı məsələlərdə, eləcə də fəaliyyət sahəsində sizi müvəffəqiyyətlər gözlədiyini bəyan edir. Odur ki, bu istiqamətdə istənilən təklifi qəbul etməyə dəyər.
ƏQRƏB - İkinci dərəcəli bütün planlarınızı təxirə salın. Çünki bu təqvimdə əsas müvəffəqiyyətiniz yalnız işlə bağlı olacaq. Həmkarlarınızla söz güləşdirməyin. Təmkinli olun.
OXATAN - Nədənsə son vaxtlar ulduzların tövsiyələrinə əməl etmirsiniz. Belə passivliklə irəli getmək isə çox çətindir. Bu səbəbdən də nahardan sonra gözlənilən önəmli şanslardan bəhrələnməlisiniz.
OĞLAQ - Ay bürcünüzdə olduğu üçün nəqliyyatla, eləcə də təhlükəli cihazlarla ehtiyatlı davranmalısınız. Mübahisələr də istisna deyil. Axşama yaxınsa sevindirici məqamlar mümkündür.
SUTÖKƏN - Göy qübbəsi bəxtinizə neytral bir təqvim təyin edib. Odur ki, hansısa qlobal problemi həll etmək və ya hansısa təhlükə ilə üzləşmək barədə düşünməməlisiniz. Yalnız pul mümkündür.
BALIQLAR - Bəxtinizə inana bilərsiniz. Belə ki, ömrünüzün çoxsaylı məqamlarında olduğu kimi bu gün də gözləmədiyiniz halda hansısa probleminiz həll olunacaq. Maddi durumunuz da yaxşılaşacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər