BolgeXeber.Com » Dünya » İŞİD-in azərbaycanlı üzvündən şok sözlər

İŞİD-in azərbaycanlı üzvündən şok sözlər

18-06-2014, 14:45
Oxunub: 4 564 İŞİD tərkibində vuruşan azərbaycanlının video açıqlaması yayılıb.

Sosial şəbəkələrdə yayılan videoda qruplaşmanın azərbaycanlı üzvü divar arxasında qurulmuş postda dayanaraq danışır.

“Azərbaycanda olanda davaya getməyə adamın ürəyi gəlməzdi. Burda isə göydə təyyarə uçur, top, tüfəng, snayper, nə varsa hamısını atırlar, amma biz ürəklə vuruşuruq. İnsanlığa qalsa, heç vaxt belə yerə gəlmərik. Amma bunu rəbbimiz istəyir. Biz istəyimizi rəbbimizin istəyinə qurban veririk. Bizi yaradan deyir – vuruşun, mən kiməm vuruşmayam. İnsanlar əsla vuruşmaq istəməz. Sadəcə istəyər ki, Allahın dininə ibadət etsin.

Amma insanlar ibadət etmirlər. İbadət etməyənlər haqda Allaha nə deyir? Hədis surəsində deyir ki, mən kitabı endirdim, peyğəmbərlər göndərdim, sonra dəmiri yaratdım. Dəmiri endirməkdə səbəb Allahın dini üzərində hakim olmaqdır. Kitabı dəmirlə yaymaqdır. Mən kiminsə qapısını döyüb desəm ki, Allahın şəriətini gətirmişəm, mənə gülərlər, hətta istehza edib alçaldarlar da. Ona görə dəmirlə gəlmək lazımdır ki, ya tabe olmalısan, ya da ölməli. Bizim itirəcəyimiz heç nə yoxdur. Biz ölsək, Allah deyir ki, onlara ölü deməyin. Ya şəhid olacağıq, ya da zəfər qazanacağıq”,– deyə azərbaycanlı mücahid bildirir.

Sonra qarşıdakı cəbhəni göstərərək deyir ki, onlar qorxduqları üçün orada dayanıblar: “Geri qayıtsalar, öldürəcəklər. Təslim olsalar, biz onları öldürəcəyik”.

Qeyd edək ki, mücahidlərə yaxın saytların yaydığı məlumatlara görə, Suriya müharibəsində “cihadçı” adı altında döyüşə gedən azərbaycanlıların 60 faizə qədəri İŞİD-in tərkibində vuruşur.
İŞİD-in azərbaycanlı üzvünün videosunu təqdim edirik.