İran çəmbəri daralır
9-11-2011, 06:10
Oxunub: 7 289
BMT Tehranın nüvə silahına sahib olduğunu deyir, Əhmədinejat isə atom bombasına ehtiyacları olmadıqlarını bəyan edir
İran ətrafında gərginlik daha da artmağa başlayıb. Artıq bölgədə yeni bir müharibənin başlaya biləcəyinə dair fikirlər də çoxalıb. Bunu şərtləndirən səbəb isə dünyanın aparıcı ölkələrinin son dövrlər verdikləri bəyanatlardır. Xüsusən də BMT-nin son hesabatı odun üzərinə benzin tökülməsi effekti yaradıb.
Bolgexeber.com xəbər verir ki, BMT Atom Enerjisi Şurasının hazırladığı hesabata görə, İran hal hazırda nüvə silahına sahib olmaq üçün son sınaqlarını keçirir. Həmin hesabatda vurğulanır ki, Tehran hökuməti bu məqsədlə yeni nəsil kompyüterlərdən yararlanır. «Həmin kompyüterlərdən istifadənin olunması yalnız nüvə bombasını hərəkətə gətirəcək sistemlər yaratmaq məqsədi güdür».
İran isə bu hesabatdan sonra sərt bir açıqlama ilə çıxış edib. Bolgexeber.com xəbər verir ki, dünən İranın yerli telekanallarında çıxış edən bu ölkənin prezidenti Mahmud Əhmədinejat bəyan edib ki, onların atom silahına ehtiyacları yoxdur. «Bizim nüvə proqramımız dincə məqsədlər üçün nəzərdə tutulub. Atom bombasına heç bir ehtiyacımız yoxdur. İran dövləti məntiqli və düşüncəli şəkildə hərəkət etməyə üstünlük verir. BMT Atom Enerjisi Şurasının sədri Yukiya Amano ABŞ-ın əlində oyuncaqdır. Bu şəxs Amerika və müttəfiqlərinin nüvə silahları barədə heç bir hesabat açıqlaya bilməz».
İran prezidenti daha sonra Amerikanın hərbi müdaxiləsi məsələsinə də toxunub. O deyib ki, əgər Amerika İran xalqını qarşısında görmək istəyirsə, hücum edə bilər. «Belə olarsa, İranın zərbələrindən şübhəsiz pehman olacaq. İran xalqına təzyiq etməklə dünyadakı vəziyyəti dəyişəcəklərini düşünənlər yanılırlar».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər