Qılınclar çəkildi
10-11-2011, 08:45
Oxunub: 7 522
İsrail «500 nəfər öləcək», İransa «Bizə hücum edəni məhv edərik» deyir
Beynəlxalq Atom Energisi Şurasının (BAEŞ) İranın nüvə proqramı ilə bağlı verdiyi son açıqlamasından sonra vəziyyət dəyişməyə başlayıb. Həmin sənəddə İranın nüvə silahı hazırladığı və artıq həmin silaha sahib olduğu vurğulanır. Bunun üçün Tehranın son sınaqlar keçirdiyi də iddia olunur.
Bolgexeber.com bildirir ki, bu açıqlamadan sonra İsrail, ABŞ və İran arasında sözün həqiqi mənasında qılınclar çəkilib. Belə ki, tərəflər bir-birlərinə sərt mesajlar göndərərək, təhdid edirlər. İsrainin müdafiə naziri Ehud Barak bəyan edib ki, İranın əlində olan ortamənzilli «Şahab 3» raketləri onun ölkəsini vurmaq qabiliyyətə malikdir. «Amma bu raket zərbələri ciddi insan itkisinə səbəb ola bilməz. Zərərin qarşısını tamamilə almaq mümkün deyil. Amma 50 min, 5 min insanın öləcəyi ilə bağlı deyilənlər yalandır. Bu zərbələr nəticəsində ən pis halda 500 nəfər dünyasını dəyişə bilər».
İran tərəfi isə İsrailin bu açıqlamasından ardından bəyan edib ki, onlar nüvə proqramı məsələsində iynənin ucu qədər geriyə addım atmaq fikrində deyillər. İranın prezidenti Mahmud Əhmədinejat bəyan edib ki, İsrailin hər hansı bir hərbi hərəkəti onları yollarından çəkindirə bilməz. «Bu millət öz məqsədlərindən iynənin ucu qədər geri addım atmayacaq».
İran ordusunun generallarından Məsud Cəzayeri isə bəyan edib ki, İsraili yox edəcəklər. «İsrail bizə hücum edərsə, yox olmaqla üz-üzə qalacaq. İsrailin Dimano nüvə bazası ən asan vurula bilən bir bazadır. Amma cavabımız Yaxın Şərqlə məhdudlaşmaya bilər».
ABŞ-a gəldikdə isə Vaşinqton İran məsələsində hələlik sanksiyalara ciddi üstünlük verir. Ağ Ev rəsmiləri yerli mətbuata verdikləri açıqlamalarında bildiriblər ki, İrana sanksiyaları daha da artırmaq üçün yeni plan üzərində işləyirlər və bu Fransa ilə razılaşdırılıb. Onları çətinliyə salan isə Çin və Rusiyadır. Çünki hər iki dövlət İrana əlavə sanksiyaların tətbiq olunmasına müsbət yanaşmırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər