BolgeXeber.Com » Dünya » Ukrayna daha bir şəhəri azad etdi

Ukrayna daha bir şəhəri azad etdi

29-07-2014, 10:15
Oxunub: 4 283 Ukrayna ordusu separatçıların işğalı altında olan Avdeevka şəhərini azad edib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Bu gün Avdeevka şəhəri faktiki olaraq anti-terror qüvvələrinin nəzarətinə keçib”, - deyə məlumatda bildirilib.

Məlumatda həmçinin qeyd olunur ki, sağ qalan separatçılar şəhəri dağınıq halda tərk edirlər.

Qeyd edək ki, bu gün Ukrayna ordusu Luqansk, Donetsk və Rusiyanın Rostov vilayəti ilə həmsərhəd Savur-Mogila strateji yüksəkliyini ələ keçirib.