Ermənilər Azərbaycana qarşı uşaqlarını bu cür hazırlayır - VİDEO
12-08-2014, 13:00
Oxunub: 3 744
Erməni jurnalist Arshak Zaqaryan Azərbaycanın işğal altında olan ərazisindən reportaj hazırlayıb. Erməni jurnalist reportaj zamanı azyaşlıda Azərbaycana olan nifrəti üzə çıxarıb.
Belə ki, müsahibə zamanı Mikael adlı erməni cəbhə bölgəsində xidmət etmək üçün özünü hazır gördüyünü söyləyir. Jurnalist və azyaşlı arasındakı dialoq isə belə olub:
Jurnalist: Əlində olan nə silahdır belə?
Azyaşlı: AKM
Jurnalist: O sənə niyə lazımdır, bu silah nə üçündür?
Azyaşlı: Bu, bizim xüsusi təyinatlıların silahıdır.
Jurnalist: Bəs silah xüsusi təyinatlıların nəyinə gərəkdir?
Azyaşlı: Bu silahla bizimkilər türklərin postlarına daxil olur və hamısını güllələyirlər. Əsasən də, əgər onlar hücuma keçiblərsə, bizimkilərin cavabı şiddətli olur.
Jurnalist: Bəs sənin adın nədir?
Azyaşlı: Mikael və ya Miko. İndi mən kiçik çavuşam, lakin böyüyəndə xidmətdə olacam. Hər yay mən bura gəlir və cəbhə bölgəsində 2 həftə keçirirəm. Atam zabitdir, bura məni öz xahişimlə gətirir. O, 17 yaşından bəri döyüşlərdə iştirak edir. Müharibə başlayan zaman Rusiyadan bura gəlib. Mən kifayət qədər hazırlıq keçmişəm və icazə versələr postları qoruya bilərəm. Bu, mənim ən sevimli silahımdır və ilk dəfədən hədəfi vura bilirəm. Artıq qərar vermişəm ki, hərbçi olacam.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər