BolgeXeber.Com » Dünya » "Luqanskın mərkəzindəyik, artıq terrorçuların sonudur"

"Luqanskın mərkəzindəyik, artıq terrorçuların sonudur"

19-08-2014, 14:35
Oxunub: 4 308 Bir qədər öncə Ukrayna Təhlükəsizlik və Müdafiə Xidmətinin katibi Andrey Lısenko anti-terror əməliyyatlarını aparan hərbçilərin artıq Luqanskın mərkəzini ələ keçirdiklərini bəyan edib.

Bolgexeber.com xəbər verir ki, bu barədə o "İC TV" telekanalında canlı yayımlanan "Svobodı slova" (“Söz azadlığı”) verilişində çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda Ukrayna hərbçiləri terrorçulara qarşı şəhərin mərkəzi küçələrində mübarizə aparırlar. O, əlavə edib ki, bunu görən separatçılar olduqca böyük müqavimət göstərirlər. Lısenko vurğulayıb ki, terrorçular sonlarının çatdığını anladıqlarından müqavimət göstərməyə çalışırlar.