Putinin ağ “KamAZ”ları Ukraynanı tərk edir
23-08-2014, 12:30
Oxunub: 5 573
Rusiyanın Ukraynaya humanitar yardım aparan ağ rəngli “KamAZ”ları yükünü boşaldaraq geri dönməyə başlayıb.
300-ə yaxın “KamAZ” yükünü separatçıların nəzarətində olan Luqanska boşaldıb və geri dönüb. Onlardan bir hissəsi artıq Rusiya tərəfə keçib. Qalanların da gün ərzində müvafiq gömrük prosedurlarından keçərək geri dönəcəyi gözlənilir.
Ağ “KamAZ”lardan ibarət karvan günlərlə Ukrayna sərhədində gözlədikdən sonra dünən Kiyevin razılığı olmadan separatçıların müşaiyəti ilə sərhədi keçib və Luqanska daxil olub. Rəsmi Kiyev və Qərb dövlətləri Rusiyanın bu addımı birbaşa müdaxilə adlandırıblar. Ukrayna tərəfi bildirir ki, yük maşınlarının humanitar yardım daşıdığına tam əmin deyillər. Çünki gömrükçülər cəmi 37 maşına baxış keçirmişdilər. Rusiya tərəfi isə Ukraynanı karvanı buraxmamaq üçün müxtəlif bəhanələr gətirdiyini, nəticədə “dözülməz vəziyyət” yarandığını və bu səbəbdəb karvanın Kiyevin razılığını gözləmədən sərhədi keçdiyini bildirib. Humanitar yardım karvanının sərhədi keçməsi və Luqanska çatdırılması prosesini şəxsən prezident Vladimir Putin nəzarətdə saxlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər