BolgeXeber.Com » Dünya » Qəzzafinin oğlu tutuldu: onun barmaqlarını kim kəsib? - FOTO

Qəzzafinin oğlu tutuldu: onun barmaqlarını kim kəsib? - FOTO

21-11-2011, 12:15
Oxunub: 5 871 O, Milli Keçid Şurasının hərbçilərinə azad edilməsi üçün 2 milyard dollar təklif edibmiş.

Bolgexeber.com xarici mətbuata istinadən bildirir ki, ölkənin cənubunda ələ keçirilən Seyfülislam Zintan şəhərinə aparılıb.
Milli Keçid Şurası onu Qərbə təhvil verməmək, Liviyada mühakimə etmək niyyətindədir. Qəzzafinin oğlu bəşəriyyətə qarşı ağır cinayətlərdə suçlanır.
"Əl Dəan" bildirir ki, Liviyanın paytaxtı Tripolidən 170 km cənub-qərbdəki Zintan şəhərinin həndəvərində, Nigerlə sərhədin yaxınlığında üsyançılar 2 cipi saxlayıblar.
Maşınlardan birində Seyfülislam Qəzzafi varmış. O, maşından çıxaraq özünü yerə atıb, üzünə qum çəkib və üsyançılara deyib: "Adım Əbdül Salimdir. Dəvə otarıram, çobanam".
Daha sonra o, üsyançılara 2 milyard dollarlıq rüşvət təklif edib, niyyəti baş tutmayanda isə "Dayanmayın, güllələyin məni!" qışqırıb.
Qəzzafinin oğlunun 3 aydan bəri Liviyanın cənubundakı Bani Valid şəhəri ilə yanaşı, müxtəlif kəndlərdə gizləndiyi bəlli olub.
Onun qohumu və mühafizəçisi isə deyib: "Aylardır ki, maşındayıq. Bir aydır, maşında yatırıq. Bu müddətdə sadəcə, konservlərlə qidalandıq".
Seyfülislam Qəzzafi ilə onun üç mühafizəçisini ələ keçirən Əhməd Əmir və Əcməlati əl Ətarın dediklərinə görə, Liviyanın mərhum liderinin oğlunu tuta bildiklərinə çox sevinirlər.
"Bölgədə çox mühüm bir adamın olması, gecəyarısı yola çıxacağı barədə məlumatlar almışdıq. Seyfülislamın maşınını dayandıranda bizi əvvəlcə aldatmağa, sonra dilə tutmağa, axırda da qorxutmağa başladı", - Ətar deyib.

Onun sözlərinə görə, Seyfülislamın başında yerli tuareq qəbilələrinin kişilərinə məxsus örtük vardı.
Qəzzafinin sağ əlində üç barmağının olmamasına gəldikdə isə, Əhməd Əmir o barmaqları kəsmədiklərini deyib: "Hamı elə bilir, Seyfülislamın barmaqlarını biz kəsmişik. Belə deyil. Onun özu dedi ki, NATO təyyarələrinin bombardmanlarından birində yaralanıb, barmaqlarını itirib".
Onun sözlərinə görə, Seyfulislam tutulanda üstündə 2400 dollar pul varmış.
Əhməd Əmir sonra bildirib ki, Seyfülislam Qəzzafi ilə söhbətində bəzi məqamlar aşkarlanıb: "O, Liviyanı tərk etmək istəmədiyini, amma Nigerlə sərhədə doğru yollanmaq məcburiyyətində qaldığını dedi".