Kişi ikimərtəbəli evini iPhone 6-ya dəyişir
8-10-2014, 10:45
Oxunub: 3 893
Amerikanın Detroyt şəhər alqı-satqı agentlik saytında qəribə bir elan yerləşdirilib: “Öz ikimərtəbəli evimi satmağı və ya iPhone 6 Plus mobil telefonu ilə dəyişməyi təklif edirəm”.
Üç yataq otaqlı kərpic ev hələ bir neçə ay bundan qabaq 5 min dollara satışa qoyulub. Avqust ayında isə evin qiyməti 3 min dollara enib. Lakin heç kim müflis olmuş şəhərdən ev almaq niyyətində olmayıb. Onda evin sahibi mülkü telefonla dəyişməyə qərar verib.
Ev alqı-satqı agentliyinin sahibi deyib: “Bu elan həqiqidir. Mənim müştərim sərhəddən kənarda yaşayır və bu sövdələşməni aparmağı mənə həvalə edib. Evin sahibi əvəzində 32 gigabayt yaddaşlı iPhone 6 Plus və ya iPad istəyir”. Evin sahibi hazırda Avstriyada yaşayır və o, heç vaxt Detroytda yaşamayıb.
Adı açıqlanmayan kişi mülkü 2010-cü ildə kirayə verib dolanmaq üçün 41 min dollara alıb. Lakin evi kişiyə satan satıcı mülkü 1 həftə əvvəl 10,5 min dollara alıb. Bundan sonra şəhərin iqtisadi həyatında çətinlik yaranıb və ev kirayə götürmək istəyənlərin sayı getdikcə azalmağa başlayıb.
Alqı-satqı agentliyinə 4 insan müraciət edib. Müştərilərdən biri kimsəsiz evi iPhone 5-ə dəyişməyi, digər namizədlər isə mülkü 700 dollara almaq istədiyini deyib.
Qeyd edək ki, Detroyt şəhəri 2013-cü ilin dekabr ayından müflis elan edilib. Şəhərin borcu 18,5 milyard dollar, büdcə kəsiri isə 280 milyon dollardır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər