BolgeXeber.Com » Dünya » 17 yaşlı qız Nobel mükafatı aldı

17 yaşlı qız Nobel mükafatı aldı

11-10-2014, 10:00
Oxunub: 4 243 2014-cü ilin Nobel sülh mükafatı laureatlarının adları açıqlanıb. Bolgexeber.com-un xəbərinə görə, bunlar – “Taliban” hərəkatını tənqid etdiyinə və qızların təhsil almaq hüququnu müdafiə etdiyinə görə 2012-ci ildə “Taliban” döyüşçülərinin hücumuna məruz qalan 17 yaşlı pakistanlı Malala Yusifzay və Hindistanda fəaliyyət göstərən 60 yaşlı hüquq müdafiəçisi Kaylaş Satirtidir. Qeyd edək ki, Malala Yusifzay da hüquq müdafiəçisi kimi tanınırdı və 2013-cü ildə Avropa Parlamentinin “Saxarov” mükafatını almışdı.